Bütün xəbərlər
13 iyun, 17:10

Builki 9-cu sinif buraxılış imtahanında 298 bal toplayan Bakı şəhəri Elçin Şəmiyev adına 149 nömrəli məktəbin şagirdi Fidan Nəbili ölkə üzrə yüksək nəticə göstərən məktəblilərdən biridir. 

"Azərbaycan müəllimi" qəzeti onu sizlərə tanıdır. 

Çalışqanlığına və əzminə görə yaşıdları arasında seçilən Fidanın bu nailiyyəti təsadüfi deyil. O, dərslərinə məsuliyyətli yanaşması, imtahana məqsədyönlü hazırlaşması ilə bu nəticəni qazanıb.

Fidan bizimlə söhbətində 11-ci sinif buraxılış imtahanında ən yüksək nəticəni qazanmağın onun ən böyük arzusu olduğunu bildirib. O, artıq bu məqsəd üçün indidən planlı şəkildə hazırlaşdığını hər gün müəyyən bir rejim üzrə dərslərini təkrar etdiyini, əlavə vəsaitlərlə biliklərini dərinləşdirdiyini və zəif bildiyi mövzular üzərində daha çox işlədiyini qeyd edir. Onun bu qədər istəkli və əzmkar olması, qarşıya qoyduğu hədəflərə çatacağına olan inamı daha da gücləndirir.

Fidanın gələcəyə dair böyük arzuları var: 

“Həkim olmaq istəyirəm. İnsanlara kömək etmək, xəstələri sağaltmaq və cəmiyyətə faydalı bir şəxs olmaq ən böyük arzumdur”, – deyir. 


Fidanın sevimli məşğuliyyəti rəsm çəkməkdir: “Boş vaxtlarımda müxtəlif rəsmlər çəkirəm. Rəsm çəkmək mənə həm sevinc, həm də rahatlıq bəxş edir. Müxtəlif rəsm müsabiqələrində iştirak edərək uğur qazanmışam”.

Fidanın bugünkü uğurları və gələcək arzuları onun parlaq bir gələcəyə sahib olacağını göstərir.

Şərhlər

Xəbər lenti

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

14 iyul, 12:37

Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

14 iyul, 12:19

Məleykə Abbaszadə: Abituriyentlərin nəticələri ürəkaçandır

14 iyul, 12:16

Şəmkirdə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

14 iyul, 11:58

ADA Universiteti dövlət sifarişi ilə tələbə qəbulu aparacaq

14 iyul, 11:52

Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq

14 iyul, 11:49

Bəzi ixtisasların V qrupa keçirilməsi layihəsi qəbul edilmədi – DİM sədri

14 iyul, 11:37

“İmtahan prosesinə özüm müdaxilə etmək istəsəm belə, bu, mümkün deyil” - Məleykə Abbaszadə

14 iyul, 11:00

Yeniyetməlik dövrü, özünüifadə ehtiyacı və azadlıq arzusu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.