İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə fəaliyyət göstərən peşə təmayüllü siniflərin “Açıq qapı” günü keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Açıq qapı” günü peşə təhsili haqqında məlumatlılığı artırmaq və peşə təhsilini gənclər üçün cəlbedici seçimlərdən biri kimi tanıtmaq məqsədilə təşkil olunur.
Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, dövlət və özəl qurumların nümayəndələri, müəllimlər, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər. Qonaqlar peşə təmayüllü siniflərdə ixtisas dərslərinə qatılıb, şagirdlərin əl işləri ilə tanış olublar. Bildirilib ki, məktəbdə iki peşə təmayüllü sinif fəaliyyət göstərir və burada hər sinifdə 20 nəfər olmaqla ümumilikdə 40 şagird təhsil alır.
“Açıq qapı” günündə peşə təmayüllü sinif kollektivinin təşəbbüsü ilə xeyriyyə məqsədli “Bayram sovqatı” adlı satış yarmarkası təşkil edilib. Qeyd olunub ki, yarmarkadan əldə olunan vəsait hesabına sosial həssas qruplardan olan uşaqlara bayram sovqatı çatdırılacaq.
Qeyd edək ki, X-XI siniflər üçün nəzərdə tutulmuş peşə təmayüllü siniflərin yaradılmasında əsas məqsəd şagirdlərin müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, əmək bazarına və peşə təhsilinə hazırlıqdır. Eyni zamanda, təhsilalanlara sahibkarlıq bacarıqları aşılanır və əmək bazarının peşəyönümlü, hazırlıqlı şəxslərlə təmin olunmasına töhfə verilir.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)