Bütün xəbərlər
1 iyul, 11:00

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi başa çatıb. Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə Astara, Lənkəran və Masallıda yerləşən 3 mərkəzdə təşkil olunan imtahanlarda ümumilikdə 1452 təhsilverən iştirak edib. 

“Azərbaycan müəllimi” imtahanın sonuncu günündə region üzrə maksimal bal toplayan Astara rayonu Şağlazüzə kənd tam orta məktəbinin fizika müəllimi Həbib Həbibovun təəssüratlarını öyrənib. 

Sertifikatlaşdırma imtahanında 59 bal toplayan Həbib Həbibov Bakı Dövlət Universitetinin məzunudur. Universiteti bitirəndən doğma kəndindəki məktəbdə fizika müəllimi kimi çalışmağa başlayan müəllim sertifikatlaşdırma prosesinin təhsildə obyektivliyin və müəllim peşəkarlığının artırılmasına yönəldiyini düşünür: “İmtahana keçən ildən, ölkəmizdə sertifikatlaşdırma imtahanları keçirilməyə başlayandan hazırlaşıram. İmtahan tam şəffaf və obyektiv keçirildi. Heç bir narazılığım yoxdur. Uğur qazanan bütün müəllimləri təbrik edirəm”.

İmtahana düşən sualların dərs proqramlarına uyğunluğundan danışan Həbib müəllim bildirib ki, kurikulumun tələblərinə uyğun olaraq hər bir dərsdə analiz, tətbiq və dəyərləndirmə mərhələləri labüddür: “Məhz bu səbəbdən düşünürəm ki, builki imtahanlarda da bu tələblər kifayət qədər nəzərə alınmışdı. Əminliklə deyə bilərəm ki, ixtisasını dərindən bilən hər bir müəllim bu imtahandan keçməyə qadirdir”.

Masallı rayonunun Ərkivan qəsəbəsindəki Əlvan Bağırov adına 4 nömrəli tam orta məktəbin biologiya müəllimi Afaq Əliyeva da sertifikatlaşdırma imtahanında 59 bal toplayanlardan biridir: 

“18 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. İmtahana yalnız metodikadan iki ay hazırlaşmışam. İxtisasım üzrə isə heç bir xüsusi hazırlıq keçməmişəm. Çünki düşünürəm ki, hər bir müəllim ixtisası ilə bağlı daim öz üzərində çalışmalıdır. Bunu mən həmişə öz atamın timsalında da görmüşəm. İxtisasca stomatoloq olan atam daim öz üzərində çalışır, o, iki dəfə sertifikasiya imtahanında yüksək nəticə əldə edib”.

Nəticənin necə olmasından asılı olmayaraq, müəllimin öz işinə həmişə məsuliyyətlə yanaşmalı olduğunu vurğulayan Afaq Əliyeva imtahan sualları ilə bağlı fikirlərini də bölüşüb:

“Suallar, mənim fikrimcə, asan, orta və çətin səviyyəyə uyğun hazırlanmışdı. Maraqlı suallar idi. Məncə, müəllim daim məsuliyyətli olmalıdır. Hər kəs öz işinin öhdəsindən layiqincə gəlməlidir. Təkcə imtahan, öz mənafeyimiz üçün yox, şagirdlərimizin mənafeyi üçün də dövrün tələblərinə uyğunlaşmalıyıq”.

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.