
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində öz doğma yurduna geri dönən və peşə bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər üçün ödənişsiz qısamüddətli kurslar təklif olunur.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, təlimlər 14 peşə təhsili müəssisəsində təşkil edilib.
Təlimlər Bərdə Peşə Liseyi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi, Mədəniyyət və Sənətkarlıq Bakı Dövlət Peşə Təhsili Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Kürdəmir Peşə Liseyi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Aviasiya və Avtomobil üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Tərtər Peşə Məktəbi, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutur.
42 ixtisas üzrə keçirilən təlimlər İKT, xidmət, sənaye, kənd təsərrüfatı, iqtisadiyyat, energetika kimi müxtəlif sahələrə aiddir.
Kurslarda iştirak üçün Bakı, Bərdə və Gəncə şəhərləri üzrə müraciətlər daha çox qeydə alınıb.
Agentlikdən bildirilib ki, ilk dəfə ötən il həyata keçirilən bu prosesdə 241 nəfər iştirak edib. Ötənilki təlimlər Bakı, Qəbələ, Mingəçevir, Kürdəmir və Gəncədə keçirilib. İl ərzində ən çox müdavim sayı Qəbələdə qeydə alınıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər