Bütün xəbərlər
8 yanvar, 17:02

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “Kritik texnoloji sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda yerinə yetirilən tədqiqatlara dair müzakirələr aparılıb.

Bu barədə institutdan “Azərbaycan müıllimi”nə məlumat verilib. Bildirilib ki, mövzuya dair çıxış edən institutun doktorantı Qurban Fərəcov dissertasiya işinin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər haqqında məlumat verib. Kritik texnoloji sistemlərin Dördüncü Sənaye İnqilabının əsas texnoloji dayaqlarından biri olduğunu deyən tədqiqatçı ölkələrin bu sistemlərin təhlükəsizliyinin təmin olunmasını öz milli maraqlarının qorunması məsələsi hesab etdiklərini bildirib.

Məruzəçinin sözlərinə görə, kritik sistemlər müxtəlif kiber və fiziki komponentlərdən ibarətdir. Ayrı-ayrı komponentlərlə edilən ikitərəfli məlumat mübadiləsi zamanı müxtəlif kiberhücumlar bu komponentlərin işində problemlər yarada bilir. O deyib ki, bir çox hallarda kritik sistemlərin təhlükəsizliyinin təmin olunması xüsusi yanaşma tələb edir.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev kritik texnoloji sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində tədqiqatların dərinləşdirilməsini, məqalələrin hazırlanaraq nüfuzlu jurnallara təqdim olunmasını tövsiyə edib. Akademik, həmçinin texnoloji sistemlərin kritikliyini müəyyən edən xüsusiyyətlərin, o cümlədən bu sahədə beynəlxalq standartların dərindən araşdırılması ilə bağlı təkliflərini səsləndirib.

Şərhlər

Xəbər lenti

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.