Bütün xəbərlər
8 iyul, 10:55

Yay tətilini Mingəçevir STEAM Mərkəzində keçirən kiçiklər sadəcə asudə vaxt keçirmək deyil, həm də böyük bizneslər qurmaq iddiası ilə gələcəklərini formalaşdırmağa çalışırlar. Səmərəli fəaliyyətlə məşğul olan balacalar öz yaradıcı təxəyyülləri və sahibkarlıq bacarıqlarını birləşdirərək şəxsi brendlərini yaradıb sərgiləyirlər.

Bu dəfə isə onlar brendlərini "Gələcəyin qurucuları – ideyadan təsirə" adlı sərgidə nümayiş etdiriblər.

Böyük maraqla qarşılanan sərgi şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və gələcəyin sahibkarlarını yetişdirmək məqsədilə təşkil olunmuşdu.

Sərgi iki əsas bölmədən ibarət idi. Birinci bölmədə şagirdlərin yaratdığı brendlər sərgiləndi. Şagirdlər rəsmlər, bəzək əşyaları, dekorativ tətbiqi sənət nümunələri və eko-məhsullarla qonaqların diqqətini çəkdi. İkinci bölmədə isə STEAM texnologiyaları nümayiş etdirildi. Burada mikrokontroller layihələri, robototexnika qurğuları, 3D çap modelləri və proqramlaşdırılmış tətbiqlər təqdim olundu.

Sərgidə iştirak edən məktəblilər öz yaradıcı bacarıqlarını müxtəlif brendlərlə nümayiş etdirdilər. “ARC&Line” brendinin qurucusu Müzəffər Baxşıyev aksesuarların yüksək maraq doğurduğunu qeyd etdi. O brendi də aksesuarlarla bağlıdır. Hesab edir ki, insanların bu məhsullara marağı çoxdur. 

Vəfa Abdullazadə isə tikiş və kəsim sahəsində bacarıqlarını “Vafli” brendində birləşdirərək parçalardan əl işləri yaradıb: “Tikiş, kəsim və biçim işlərinə böyük marağım var və bu sərgidə bacarıqlarımı nümayiş etdirmək mənim üçün çox maraqlı idi”. Banu Ağabala rəngarəng qolbaqların və muncuqla müxtəlif işlərinin hazırlanmasına maraq göstərir: “Muncuqları çox sevirəm və qolbaqlarda onların rəngarəngliyini nümayiş etdirməyi xoşlayıram”.

Zərifə Əhmədli  ilə “Zərifella” brendi ilə toxuculuq bacarıqlarını nümayiş etdirib. O, bu sahəyə kiçik yaşlarından sevgisinin olduğunu vurğulayıb. “Snaccident booth” brendinin yaradıcısı olan Əsnad Hacızadə və Məhəmməd Rəsulzadə isə asan hazırlanan şirniyyatları təqdim ediblər: “Tez və asan hazırlanan şirniyyatlarımızın böyük marağa səbəb olması bizi çox sevindirdi. Gələcəkdə brendimizi inkişaf etdirmək istəyirik”.

Ümid Abuşzadə taxtadan hazırlanan heykəllərin proqram vasitəsilə dizaynını və 3D çap prosesini nümayiş etdirərək bu texnologiyanın gələcək üçün əhəmiyyətini nəzərə çatdırmağa çalışıb. Ağalar Şirinzadə şəkər qamışından hazırlanmış zərərsiz məhsulların təqdimatı ilə qonaqların marağını qazandı. O deyir: “Məhsullarımızın təbii və sağlam olması onların daha çox sevilməsinə səbəb olur”.
 
CZ brendini yaradan Cahid Zeynaliyev isə velosipedlər üçün hazırladığı nömrələrlə fərqləndi: “Velosipedlərini nömrə ilə sürmək istəyən balacaların marağı məni çox sevindirdi”.

Sərgidə Bakıdan tətil üçün gələn balacalar da fəal iştirak edirdilər. 3-cü sinfə keçən Mehri Məmmədova gələcəkdə öz brendini yaratmaq arzusunu bildirdi və sərgidə iştirakın çox maraqlı olduğunu söylədi. Tamerlan Mədətov isə paytaxta qayıdan zaman 3D proqramları ilə daha yaxından tanış olacağını açıqladı.

Şəhərin balaca sakini Nicat Quliyev isə STEAM yay məktəbinin başlamasından çox sevincli olduğunu və sərgidəki hər bir brendlə yaxından tanış olduğunu, gələcəkdə öz brendini yaratmaq istədiyini və bunun üçün burada müəyyən təcrübə topladığını da dedi.

Tədbirdə iştirak edən karyera məsləhətçisi Həmid Hüseynov gənclərin sahibkarlıq düşüncəsinin inkişafında belə tədbirlərin mühüm rol oynadığını qeyd etdi. İş adamı, eyni zamanda proqramçı Elçin Məmmədov sərgidə nümayiş olunan texnoloji layihələrin yüksək səviyyədə olduğunu vurğuladı: “Sərgidə gördüyüm texnoloji yeniliklər gələcəyin proqramçı və mühəndislərinin həm də burada yetişəcəyinə əminlik yaratdı”.

Tədbirdə iştirak edən məktəb direktorları balacaları ruhlandıraraq, şagirdlərin tətil zamanı səmərəli fəaliyyətlərini yüksək qiymətləndirdilər və bu sərginin STEAM yarışları üçün əla praktika olduğunu vurğuladılar.

Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova isə sərginin şagirdləri əmək həyatına hazırlamaq baxımından müstəsna rol oynadığını qeyd edib: “Belə tədbirlər həm şagirdlərin fərdi inkişafına, həm də gələcəkdə cəmiyyətimizin daha təşəbbüskar və məsuliyyətli fərdlərlə zənginləşməsinə böyük töhfələr verir. Bu səbəbdən sərginin davamlı keçirilməsi çox vacibdir”.

1 /7

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.