Bütün xəbərlər
20 may, 09:58

Mayın 16-18-də “İdman paytaxtı” Quba şəhərində “Kreativ gənclər II” düşərgəsi keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutan düşərgədə 120 nəfər tələbə iştirak edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, düşərgədə ADMİU-nun tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının, ADMİU nəzdində Humanitar Kollecin tələbələri də təmsil olunublar. 

Düşərgənin açılış günündə Gənclər və İdman Nazirliyinin əməkdaşı Cəmilə Rzayeva, ADMİU-nun Yaradıcı layihələr şöbəsinin müdiri Aysel Məmmədzadə çıxış edərək bildiriblər ki, “Kreativ gənclər" düşərgəsinin keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, düşərgə iştirakçıları arasında şəbəkələşmənin təmin edilməsi, yaradıcı və istedadlı gənclərin sosial, yaradıcı aktivliyinin və təşəbbüskarlığının artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı individuallığın və estetik zövqün formalaşdırılması, yaradıcılıq maraqları dairəsinin genişləndirilməsi, özünüinkişafın stimullaşdırılmasıdır.

Tədbirin ilk günü iştirakçılara ADMİU-nun psixoloqu Aynur Rəhimova tərəfindən “Daxili sakitliyə səyahət”, ADMİU-nun Teatr sənəti fakültəsinin dekanı, dosent Kəmalə Mehdiyeva tərəfindən “Səlis və inandırıcı nitqin sirləri” mövzusunda təlimlər, əyləncəli tanışlıq oyunları və tələbələrin özfəaliyyət yaradıcılığından ibarət konsert proqramı təşkil olunub.

Düşərgənin 2-ci günü beynəlxalq dərəcəli məşqçi Arzu Salmanlının başçılığı ilə səhər idmanı ilə başlayıb.

Daha sonra ADMİU-nun Yaradıcı layihələrin təşkili şöbəsinin mütəxəssisi Toğrul Qasımov “Daxili güc”, Əməkdar rəssam Vüqar Əli və ADMİU-nun müəllimi Fidan Cəfərli “Rənglərin sirri”, “Brand Manager FBCO” LLC, Sinteks Groupun əməkdaşı Amin Liftiyev “Karyera strategiyası”, rəqqasə Aydan Kamilova “Milli rəqslərimiz milli dəyərlərimiz” mövzusunda təlimləri ilə günü daha da maraqlı ediblər.

ADMİU nəzdində Humanitar Kollec və Azərbaycan Milli Konservatoriyasının tələbələrinin iştirakı ilə hazırlanmış mədəni proqram 2-ci günün unudulmaz anlarından olub.

“Kreativ Gənclər Düşərgəsi II” mayın 18-də uğurla öz işini yekunlaşdırıb.

1 /7

Şərhlər

Xəbər lenti

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

31 iyul, 12:04

Gəncədə peşə təlimləri: Böyük Qayıdışın kiçik başlanğıcları

31 iyul, 11:35

4-cü Azərbaycan-Türkiyə birgə beynəlxalq qrant müsabiqəsi elan edilir

31 iyul, 11:21

Kənd məktəbinin Avropa çempionu olan məzunu: “Əziyyət çəkməsən, uğur qazana bilməzsən”

31 iyul, 10:59

Universitetlərə ixtisas seçiminin tarixləri AÇIQLANDI

31 iyul, 10:36

Uğurlu karyera ali təhsilsiz də mümkündür: Peşə təhsilinin artan imkanları

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.