Bütün xəbərlər
16 iyul, 15:43

Məlum olduğu kimi, 14-16 iyul 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində (DİM) 2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələri keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirin sonuncu günü 16 iyulda magistratura və rezidentura səviyyələrinə, həmçinin orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələrinin elmi-statistik təhlilinin müzakirəsi təşkil edilib.

Müzakirələrdə pedaqoji və təhsil ictimaiyyəti, təhsil qurumları və müəssisələrinin nümayəndələri iştirak ediblər.

İclaslarda magistratura səviyyəsinə qəbul planı, hər iki imtahanda iştirak edən bakalavrların topladıqları balların fərqinin paylanması, imtahanda toplanılan balların paylanmasının ədədi xarakteristikaları, ixtisaslaşma seçimi və qəbulun nəticələri, həmçinin rezidentura səviyyəsinə qəbulun xüsusiyyətləri, namizədlərin imtahanlarda topladıqları balların paylanma diaqramları, klinik bazalar üzrə rezidenturaya qəbul olan namizədlərin orta bal göstəriciləri, müsabiqə nəticələri, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və s. haqqında məlumat verilib.

Ardınca iştirakçılar nəticələrin müzakirəsini həyata keçirib və sual-cavab əsasında aparılan təhlillərin müxtəlif məqamlarına aydınlıq gətirilib, təkliflər dinlənilib.

Qeyd edək ki, iyulun 14-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu, iyulun 15-də ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlillərinin müzakirəsi aparılıb.

1 /4

Şərhlər

Xəbər lenti

16 iyul, 20:46

İsmayıllı məktəbinin bir sinfinin 4 şagirdi qızıl nişan alıb

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.