Bütün xəbərlər
12 may, 19:00

Marsın səthindən 8 kilometr dərinlikdə nəhəng su rezervi aşkarlanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Avstraliya, İtaliya və Çin alimlərindən ibarət beynəlxalq tədqiqat qrupu məlumat yayıb. Alimlər xüsusi olaraq vurğulayıblar ki, Marsda ilk dəfə olaraq 5,4-8 kilometr dərinlikdə maye suyun mövcudluğu dəqiq sübut edilib.

Tədqiqatçılar qeyd ediblər ki, son illər planetin dərin qatlarında böyük su hövzələrinin mövcudluğu ilə bağlı bir neçə iddia irəli sürülüb, lakin bu günə qədər bu cür məlumatlar ehtimal səviyyəsində təqdim olunub. Bu dəfə isə alimlər əldə olunan nəticələrin tam etibarlı olduğunu bildiriblər.

Mütəxəssislər NASA-nın 2018-ci ildən Marsda fəaliyyət göstərən “InSight” missiyasının seysmik məlumatlarını təhlil ediblər. Alimlərin sözlərinə görə, iki meteorit zərbəsi və Marsda baş verən güclü zəlzələ nəticəsində yaranan dalğalar planetin dərin qatlarının strukturunu yüksək dəqiqliklə müəyyən etməyə imkan verib. Məhz bu araşdırmalar zamanı dərinlikdə yerləşən su rezervi aşkar olunub.

Alimlərin fikrincə, 4,1-3,7 milyard il əvvəl meteoritlərin təsiri ilə planetin səthində yaranan çatlar vasitəsilə su dərin qatlara süzülüb. Həmin dövrdə Marsın daxilinin temperaturu maye suyun 8 kilometrədək dərinliyə qədər enməsinə şərait yaradıb. Sonradan planet soyuduqca üst qatlar donub və dərinlikdəki su rezervini qapadıb.

Şərhlər

Xəbər lenti

21 iyun, 11:28

Sertifikatlaşdırma qaydalarında dəyişiklik gözlənilirmi? – AÇIQLAMA

21 iyun, 11:07

Gələcəyin müəllimləri məzun oldu: ADPU-da “Məzun günü”

21 iyun, 11:05

Türkiyənin məktəblərində yenidən vahid geyim forması tətbiq olunacaq

21 iyun, 10:55

Hafiz Paşayev: ADA-da yeni ixtisaslar açılacaq, tədris binaları istifadəyə veriləcək

21 iyun, 10:46

Qırğızıstanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

21 iyun, 10:33

İmtahandan uğurla keçən 123 nəfərin təhsil xərclərini TİF qarşılayıb

21 iyun, 10:12

Nazir müavini Azərbaycan və Özbəkistanın Hökumətlərarası Komissiyasının iclasında çıxış edib

21 iyun, 09:54

Universitetlərin reytinqində Azərbaycan ən çox irəliləyən iki ölkədən biridir

21 iyun, 09:54

Təhsildə hər bir nöqsanın aradan qaldırılması zaman tələb edir – MÜSAHİBƏ

21 iyun, 09:45

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

21 iyun, 09:43

Sergey Xristolyubov: Reytinq Azərbaycanın Qafqazda ali təhsil sahəsində danılmaz liderliyini təsdiqləyir

21 iyun, 09:33

Təkrar sertifikatlaşdırmada iştirak edənlər: Çox sanballı suallar seçilmişdi

21 iyun, 09:25

Universitetlərimiz əsas indikatorlar üzrə müsbət dinamika nümayiş etdiriblər – Təhsil eksperti  

21 iyun, 09:00

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

20 iyun, 18:15

Şəhid övladı olan müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

20 iyun, 17:33

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera Günü” keçirilib

20 iyun, 17:30

“İşəgötürənləri dərslərdə iştirak etməyə dəvət edirik” – Ceyhun Kərəmov

20 iyun, 17:20

“Aylarla hazırlığa ehtiyac yoxdur” – Sertifikatlaşdırma təcrübələri

20 iyun, 16:55

Rəhim Bayramlı: “Baku ID” lokal çərçivədən çıxaraq regional miqyas alır

20 iyun, 16:49

“Olimpiadalardan həmişə medallarla dönmüşəm” – 10 qızıl medalın sahibi  

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.