Bütün xəbərlər
18 oktyabr, 17:15

18 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Müstəqilliyin Bərpası Gününə həsr olunmuş elmi-praktiki seminar keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, elmi-praktiki seminarda şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiridə Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov çıxış edərək “Müstəqilliyimizin dünəni və bu günü” mövzusunda ətraflı danışıb. Nizami Zeynalov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin apardığı haqq savaşının müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və əbədi olaraq təsdiqlənməsinə xidmət etdiyini qeyd edib, həmçinin müharibədən sonrakı dövrdə Azərbaycanın regionda qazandığı diplomatik nailiyyətləri və ölkəmizin beynəlxalq aləmdə mövqeyinin güclənməsindən danışıb.  

Elm və İnnovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev isə müstəqillik illərində elmi və innovativ inkişafın Azərbaycan üçün əhəmiyyətindən bəhs edərək, gənclərin elmi tədqiqatlara marağının artırılması üçün universitetdə görülən işlərdən danışıb. V.Mustafayev elmin inkişafının ölkənin  müstəqilliyinin möhkəmlənməsinə necə töhfə verdiyini vurğulayıb.

Daha sonra MDU-nun tarix üzrə fəlsəfə doktoru Aygün Qədirova “Müstəqilliyimiz bu gün: reallıqlar və perspektivlər” mövzusunda geniş məruzə ilə çıxış edib. A.Qədirova çıxışında Azərbaycanın müstəqillik mübarizəsi, 1991-ci ildə dövlət müstəqilliyinin bərpası və bu prosesin xalqımız üçün tarixi əhəmiyyətini diqqətə çatdırıb. 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan müstəqilliyinin qorunub saxlanılması və dövlət quruculuğu sahəsində gördüyü işlərdən bəhs edərək, müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi uğurları xüsusi vurğulayıb. A.Qədirova çıxışında Qarabağ Zəfərinin Azərbaycanın müstəqillik tarixində müstəsna yer tutduğunu qeyd edib və gələcəkdə ölkəmizin qarşısında duran əsas perspektivlərdən bəhs edib.

Seminar zamanı müstəqillik mövzusunda hazırlanan videoçarx nümayiş olunub və iştirakçılar arasında mövzu ilə bağlı geniş müzakirələr aparılıb. Tədbir Azərbaycanın müstəqilliyinin əbədiliyini və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayan fikirlərlə yekunlaşıb.

1 /5

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.