Bütün xəbərlər
22 noyabr, 14:57

19-21 dekabr tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Memarlıq və inşaatda enerji və ətraf mühit texnologiyaları” (ICETEA 2024) mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə “Azərbaycan müəllimi”nə AzMİU-dan məlumat verilib.

Konfrans Azərbaycanın və xarici ölkələrin memarlıq və mühəndislik sahələrində fəaliyyət göstərən alim və mütəxəssislərin tədqiqatlarının nəticələrini təqdim etmək üçün platforma rolunu oynayacaq, təcrübə və fikir mübadiləsinin genişləndirilməsinə imkan yaradacaq. Üç gün davam edəcək tədbir çərçivəsində dəvət olunmuş aparıcı alimlərin çıxışları və tematik sessiyalar təşkil olunacaq.

Konfransın əsas istiqamətləri aşağıdakılardır:
    1.    Enerji və iqtisadi aspektlər
    2.    Memarlıq və ətraf mühit mühəndisliyi
    3.    Elektrik və elektronika mühəndisliyi və kompüter elmləri

Qeyd:
    •    Konfransda iştirak üçün qeydiyyat zəruridir.
    •    Məqalələr yalnız ingilis dilində qəbul edilir.
    •    Təşkilat komitəsi seçilmiş məqalələrin Scopus bazasında dərc olunması üçün qiymətləndirilməsini planlaşdırır.

Məqalələrinizi iceetea2024@gmail.com ünvanına göndərə bilərsiniz.

Ətraflı məlumat üçün linkə keçid edin: https://conferences.azmiu.edu.az/

Şərhlər

Xəbər lenti

31 iyul, 11:35

4-cü Azərbaycan-Türkiyə birgə beynəlxalq qrant müsabiqəsi elan edilir

31 iyul, 11:21

Kənd məktəbinin Avropa çempionu olan məzunu: “Əziyyət çəkməsən, uğur qazana bilməzsən”

31 iyul, 10:59

Universitetlərə ixtisas seçiminin tarixləri AÇIQLANDI

31 iyul, 10:36

Uğurlu karyera ali təhsilsiz də mümkündür: Peşə təhsilinin artan imkanları

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.