Bütün xəbərlər
11 aprel, 11:11

Müəllimlik yalnız bilik ötürmək demək deyil, bu peşənin sahibləri həm də cəmiyyətin gələcəyinin formalaşmasında aktiv iştirak edirlər. Bu yola yeni qədəm qoyan gənc müəllimlər, təbii ki, ilk zamanlar müxtəlif çətinliklərlə qarşılaşırlar. Çətinliklərin əksəriyyəti isə sinfin idarə olunması, fərqli təhsil səviyyəsində olan şagirdlərlə işləmək və s. olur ki, bunlar da gənclərin pedaqoji təcrübələrinin yetərsizliyindən qaynaqlanır. Lakin öz üzərində işləyən, daha təcrübəli həmkarlarının dəstəyindən istifadə edən gənclər bu mərhələni daha sürətlə adlaya bilirlər.

“Azərbaycan müəllimi” qəzeti bu dəfə Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə cari tədris ilində orta məktəblərdə pedaqoji fəaliyyətə başlayan bir neçə müəllimlə bu mövzuda həmsöhbət olub. Onlar yeni iş həyatlarında üzləşdikləri çətinliklər, bu çətinliklərin öhdəsindən necə gəldikləri və tədris prosesində qazandıqları təcrübələr barədə fikirlərini bölüşüblər.

“Ali təhsil dövründə pedaqoji təcrübə kifayət qədər effektiv olmur” 

İlk müsahibimiz Mikayıl Həsənovdur. O, bu tədris ilində müəllimlərin işə qəbulu imtahanında 91,25 bal toplayaraq Hacıqabul rayon Abdulabad kənd tam orta məktəbində fizika müəllimi kimi fəaliyyətə başlayıb. O da etiraf edir ki, pedaqoji fəaliyyətə başladığı ilk günlərdə bir çox çətinliklərlə üzləşib:

“Bunlardan bir neçəsini qeyd etmək istərdim. Ən başlıcası, dərs saatında mövzunun şagirdlərə mənimsədilməsidir. Buradakı əsas çətinlik şagirdlərin eyni səviyyədə olmamalarıdır. Bəzən sinifdə şagirdlərin sayının çoxluğu da bu prosesi çətinləşdirir. Nəticədə 45 dəqiqə ərzində mövzunun dərinliklərinə varmaq mümkün olmur. Məktəbimizin təcrübəli müəllimlərindən daim məsləhət alıram və onlar da bacardıqları qədər kömək edirlər. Düşünürəm ki, ali təhsil  dövründə pedaqoji təcrübə kifayət qədər effektiv olmur. Digər bir çətinlik isə yuxarı siniflərdə şagirdlərin fənlərə maraqlarının azalmasıdır. Onların müəyyən ixtisas qruplarına yönəlməsi ümumi təhsil prosesinə təsir göstərərək dərslərin keyfiyyətini azaldır”.

“Pedaqoji fəaliyyətə başlayanda çətinliklər qaçılmaz olur”

Nigar Bağırova ötən il müəllimlərin işə qəbul imtahanında 88 bal toplayaraq Salyan rayon Çadırlı kənd ümumi orta məktəbinə işə qəbul olub. O, pedaqoji fəaliyyət zamanı qarşılaşdığı çətinliklərlə bağlı fikirlərini belə bölüşüb:

“Təbii ki, ilk dəfə pedaqoji fəaliyyətə başlayanda müəyyən çətinliklər qaçılmaz olur. Müəllim olaraq biz öz üzərimizdə daim işləməli, təcrübə toplamalı və çətinlikləri aşmağı bacarmalıyıq. İnsan öz işini sevərək icra edirsə, rastlaşdığı maneələrin də öhdəsindən asan gələr. Mən də müəllimliyi sevdiyim üçün bu sahəni seçmişəm və buna görə qarşıma çıxan çətinlikləri aşmağa çalışıram. Düşünürəm ki, bu çətinliklər daha çox şagirdlərin xüsusiyyətlərini öyrənənə qədər olan dövrə aiddir. Dərsləri hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə almaqla keçdikdə nəticələr daha uğurlu olur. Fərdi yanaşma hər bir şagirdin qabiliyyətinin, marağının və bacarığının inkişafına təkan verir. Tədris prosesi yalnız bilik ötürmək deyil, eyni zamanda, şagirdin şəxsiyyət kimi formalaşmasına yönəlmiş bir fəaliyyətdir. Buna görə də şagirdləri tanımaq və onlara fərdi yanaşmaq vacibdir”.

“6 ay müəllimlik praktikası üçün qısa müddətdir”

Növbəti müsahibimiz isə fizika müəllimi Simarə Əhmədlidir. O, ötən il müəllimlərin işə qəbul imtahanında 91,25 bal toplayaraq Hacıqabul şəhər 8 nömrəli humanitar təmayüllü məktəb-liseydə müəllimlik fəaliyyətinə başlayıb. Pedaqoji fəaliyyətə yeni başladığı zaman o da müəyyən çətinliklərlə üzləşib:

“Doğrusunu desəm, ciddi çətinliklərlə qarşılaşmadım. Bu da universitetdə oxuduğum dövrdə praktikalarda aktiv iştirak etməyim və kurikulumun əsaslarını düzgün mənimsəməyimlə bağlıdır. Universitetdə bakalavr təhsili aldığım illərdə müxtəlif məktəb və liseylərdə, daha sonra magistratura dövründə praktika keçmişəm. 

Qarşılaşdığım kiçik çətinliklər isə əsasən jurnalın yazılmas, valideyn-müəllim münasibətləri ilə bağlı idi və bu zaman məktəb rəhbərliyinin dəstəyi ilə problemləri həll etdim. Hərçənd hesab edirəm ki, 6 aylıq pedaqoji təcrübə müəllimlik üçün çox qısa müddətdir. Müəllimlik elə peşədir ki, onu yalnız praktika ilə öyrənmək mümkündür. Bu sahə xüsusi peşəkarlıq, səbir və inam tələb edir. Fikrimcə, tələbəlik dövrünün ilk illərindən təcrübə əldə olunmalıdır ki, məzun olduqda müəllimlik fəaliyyətinə daha hazırlıqlı başlayaq”.

Şərhlər

Xəbər lenti

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iyul, 11:35

Bağçalara qəbul başlayır

11 iyul, 11:30

İzmirdə ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

11 iyul, 11:25

Gəncədə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

11 iyul, 11:10

“HTP sayəsində ölkəmizi layiqincə təmsil etməyə çalışdım” – Çində təhsil alan tələbə

11 iyul, 10:49

Peşə təmayüllü siniflərdə çalışmaq istəyənlərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.