
"Bu ildən Azərbaycan Respublikası Təhsil İnstitutu və Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Naxçıvanda icma əsaslı layihənin tətbiqinə başlayırıq".
Bu fikirləri “Azərbaycan müəllim”nə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
Nazir bildirib ki, məqsəd məktəbəqədər təhsil müəssisələrinə olan ehtiyacları təmin etməkdir: "Artıq maddi texniki resurslar MR-ə çatdırılma mərhələsindədir. Biz 23 icma əsaslı qrupla bu ildən tədrisə başlayacağıq. Bu layihə bizə imkan verəcək ki, şagirdlərin məktəbə hazırlıq çərçivəsində onlara daha çox dəstək ola bilək. İcma əsaslı layihənin digər müsbət tərəfi odur ki, prosesə peşəkar müəllimlə bərabər icmadan valideynlər də cəlb olunacaq. Bu da valideynlərin maariflənməsinə müsbət təsir edən amildir".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər