Bütün xəbərlər
2 oktyabr, 12:03

Oktyabrın 2-dən 7-dək Orionid meteor yağışı aktiv olacaq. Orionid meteor yağışının pik dövrü isə oktyabrın 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, bu zaman Orion bürcü gecəyarıdan sonra üfüqdən qalxır və müşahidələr üçün ən əlverişli vaxt yaranır. Əgər hava şəraiti aydın olarsa, Azərbaycan səmasında da bu hadisəni rahatlıqla izləmək mümkün olacaq.

Orionidlər payız gecələrinin ən parlaq və sürətli meteor yağışlarından biridir. Mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışı Orionidlər adlanır. Onun zirvəsində saatda 20-yə qədər meteor görünə bilər. Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteor yağışıdır. Bu komet minilliklər ərzində arxasında toz və daş hissəciklərindən ibarət uzun iz buraxıb. Yer hər il bu izdən keçəndə hissəciklər atmosferdə yanaraq parlaq işıq zolaqları əmələ gətirir.

Orionidlərin əsas xüsusiyyəti onların çox sürətli olmasıdır. Meteorların sürəti təxminən 66 km/san-dir. Buna görə də onların səmada buraxdığı izlər qısa, lakin çox parlaq olur.

Şərhlər

Xəbər lenti

2 oktyabr, 20:00

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor müavinləri təyin edilib

2 oktyabr, 18:04

Məktəb idarəçiliyində effektiv kommunikasiyanın əhəmiyyəti

2 oktyabr, 17:49

4SİM universitetlər üçün “Strategic Intelligence” platformasına dair infosessiya keçirib

2 oktyabr, 17:37

TKTA və MDU arasında görüş keçirilib

2 oktyabr, 17:10

Naxçıvanda kağız jurnalların ləğvi gözlənilirmi? - Nazir açıqladı

2 oktyabr, 16:49

Nazir: NDU ilə humanitar fənlər olimpiadasını təsis edəcəyik

2 oktyabr, 16:41

Bakıda daha bir məktəb binası istifadəyə verildi – FOTO

2 oktyabr, 16:30

Naxçıvanda “Məktəb avtobusları”ndan istifadə nəzərdə tutulmur – Nazir

2 oktyabr, 16:25

Elxan Nəcəfov: "Çin layihəsi" yekunlaşmaq üzrədir

2 oktyabr, 16:23

“Naxçıvanda 23 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyətə başlayacaq” – Elxan Nəcəfov

2 oktyabr, 16:21

Nazir Muxtar Respublikada çalışan bütün müəllimlərə təşəkkür edib – Səbəb?  

2 oktyabr, 16:00

Naxçıvanda iki imtahan mərkəzi yaradılacaq 

2 oktyabr, 15:53

Naxçıvanda 5 yeni bağça tikiləcək

2 oktyabr, 15:44

90-dək yaşı olan məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildi – FOTO

2 oktyabr, 14:50

Elxan Nəcəfov: Prosesi elə tənzimləyirik ki, optimallaşdırma heç kəsi işsiz etməsin - MÜSAHİBƏ

2 oktyabr, 14:18

Şirvan-Salyan üzrə 5 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib

2 oktyabr, 13:18

AzMİU-da "Orta Dəhliz” mövzusunda təlim və kitab təqdimatı keçirilib

2 oktyabr, 12:27

NDU-da Zəfərin 5-ci ildönümünə həsr olunan şeir müsabiqəsi keçiriləcək

2 oktyabr, 12:24

Nazir Salyanda vətəndaşları qəbul edəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.