Bütün xəbərlər
17 noyabr, 15:24

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 17-də  şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX və XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq monitorinq sınaq qiymətləndirmə imtahanı  keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, monitorinq imtahanlarında muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 8 mindən artıq şagirdin iştirakı təmin olunub. 

İmtahanda şagirdlərə Azərbaycan  və ingilis dillərinin hər birindən ayrı-ayrılıqda 30, riyaziyyat fənnindən isə 25 olmaqla ümumilikdə 85 sual təqdim olunub və 3 saat vaxt ayrılıb.

Qeyd edək ki, monitorinq imtahanı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub. 

Məlumat üçün bildirək ki, mərkəzin imkanlarından istifadə edilməklə  IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış və qəbul imtahanları formatında olmaqla tədris ili ərzində 6 monitorinq qiymətləndirmə imtahanları təşkil ediləcək. 

Qeyd: Monitorinq qiymətləndirmə imtahanları dövlət proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən ödənişsiz olmaqla həyəta keçirilir.

1 /5

Şərhlər

Xəbər lenti

13 iyul, 15:41

Bugünkü qəbul imtahanının nəticələri 2 həftəyə açıqlanacaq

13 iyul, 14:37

6 nəfərin imtahan nəticəsi ləğv edilib -DİM

12 iyul, 21:30

Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib

12 iyul, 14:22

Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlanıb

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.