Bütün xəbərlər
4 iyul, 17:38

İyulun 4-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2024-2025-ci tədris ilində şagird nailiyyətlərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov şagirdləri, onların müəllimləri və valideynlərini təbrik edərək 2024-2025-ci tədris ilində Muxtar Respublikada təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər, əldə olunan uğurlarla bağlı məlumat verib.
Vurğulanıb ki, MR-də istedadlı şagirdlərin aşkara çıxarılması və onların elmi biliklərə yönləndirilməsi istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Müsabiqə və olimpiadalarda uğurlu nəticələr əldə olunub.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, şagirdlərin təhsil menecerlərinin iştirakı ilə bir araya gəlməsi onlarda özünəinamın yaranmasında mühüm rol oynayır, gələcək fəaliyyətinə böyük dəstək verir.

Naxçıvan Qızlar Liseyinin məzunu, birinci cəhd blok imtahanlarında Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək, yəni 690 bal tolayan Sehrin Cəfərova öz uğur hekayəsini danışıb.

Tədbirdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq təhsil sahəsində həyata keçirilən tədbirlər, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq və inteqrasiya fəaliyyətləri, müəllimlərin peşəkar inkişafı və şagird nailiyyətləririni artırılması ilə bağlı həyata  keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə olimpiada və müsabiqələrin qaliblərinə, idmanın müxtəlif sahələr üzrə uğur qazanan və xüsusi bacarığı ilə seçilən, buraxılış və qəbul imtahanlarında ən yüksək nəticə göstərən şagirdlərə, həmçinin “Gənc xilasedici və yanğınsöndürən” yarışının qalibi olmuş Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəbin şagirdlərinə hədiyyə və Təhsil Nazirliyinin diplomları təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.

1 /18

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.