
Mayın 18-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən ölkə, o cümlədən Naxçıvan Muxtar Respublikasında VI siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, Naxçıvanda 18 mərkəzdə təşkil olunan monitorinqdə 4600-dən artıq şagird iştirak edib və ümumtəhsil məktəblərində təhsil alan VI sinif şagirdlərinin 98.8 faizi imtahanda iştirak edib.
Monitrinqdə şagirdlərə tədris dili və təbiət fənlərinin hər birindən 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim olmaqla ümumilikdə 75 sual təqdim olunub və sualları cavablandırmaq üçün 180 dəqiqə vaxt ayrılıb.
Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdir.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər