Bütün xəbərlər
24 iyun, 11:10

“Təkcə bir faktı qeyd etmək kifayətdir ki, xaricdə təhsil üzrə Dövlət Proqramı vasitəsilə 300-dən çox gənc dünyanın ən nüfuzlu ilk 10 universitetindən birinə qəbul alıb. Bu, sadəcə statistik göstərici deyil. Bu, ölkənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan nəticədir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.

Nazir qeyd edib ki, bu, ölkəmiz üçün çox mühüm nailiyyətdir: 

“Universitet təkcə bilik verilən məkan deyil, o həm də insanın formalaşdığı, inkişafa doğru yönəldiyi mərkəzdir. Odur ki, biz bu investisiyaya çox ciddi yanaşırıq. İstəyirik ki, bu gənclər təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdıb ölkənin inkişafına töhfə versinlər”.

O əlavə edib ki, xaricdə təhsil üzrə Dövlət Proqramının əsas hədəfi Azərbaycan gənclərinin ən yüksək reytinqə sahib universitetlərdə təhsil imkanlarını dəstəkləməkdir:

“Bu proqram çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələrində dünyanın ən yüksək reytinqli universitetlərinə qəbul olan tələbələrə dəstək verilir. Bu, sadəcə bir kriteriya deyil. Artıq bu, bir siyasətə çevrilib. Çünki məqsədimiz həm də ölkənin insan kapitalını gücləndirməkdir”.

Emin Əmrullayev əlavə edib ki, proqrama maraq ildən-ilə artır:

“Təkcə 2025–2026-cı tədris ilində bizə mindən artıq müraciət daxil olub. Qəbul olan tələbələr dünyanın ən yaxşı 10 ali təhsil müəssisəsində təhsil alırlar. Bakalavriat səviyyəsində də həmin universitetlərə qəbul olan gənclər var”.

Şərhlər

Xəbər lenti

24 iyun, 15:04

Qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı uzadılıb

24 iyun, 14:59

Daha bir biologiya müəllimi sertifikasiyadan maksimum bal toplayıb

24 iyun, 14:22

DİM qabiliyyət imtahanlarını müşahidə məqsədilə mediatur təşkil edib

24 iyun, 14:15

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir

24 iyun, 14:14

Fariz İsmayılzadə: Bağçaların tikinti qaydaları Bakının müasir urbanistikasına uyğun gəlmir

24 iyun, 13:52

İctimai Şuranın üzvləri müəllim və şagirdlərlə görüşüblər

24 iyun, 13:38

Gəncə məktəbinin müəllimi sertifikatlaşdırmada 60 bal topladı

24 iyun, 12:53

Emin Əmrullayev: 6 universitetin Top 1000-ə düşməsi atılan addımların effektivliyini göstərir

24 iyun, 12:41

Emin Əmrullayev: “Qəbul imtahanlarının keyfiyyəti bizi qane edir”

24 iyun, 12:09

Nazir Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiyasından DANIŞDI

24 iyun, 12:01

Lənkəran-Astara bölgəsində 400-dən çox müəllim sertifikatlaşdırma imtahanı verir 

24 iyun, 11:53

Məktəbli formalarının dəyişdirilməsi müzakirə mövzusu deyil – Nazir

24 iyun, 11:51

Naxçıvanda sertifikatlaşdırma imtahanında davamiyyət 98 faizi ötüb

24 iyun, 11:51

Bu il bölgələrdə yeni liseylər yaradılacaq

24 iyun, 11:44

Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanının dördüncü günüdür

24 iyun, 11:24

Texnologiyanın təhsilə inteqrasiyası qaçılmazdır – Nazir

24 iyun, 11:16

RFO-da iştirak edənlərin sayı əhəmiyyətli dərəcədə artıb – Emin Əmrullayev

24 iyun, 11:04

Qarabağ Universitetində yeni müəllim vakansiyası 

24 iyun, 10:43

Xaricdəki təhsilini Azərbaycanda davam etdirmək istəyənlərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.