
“Ali təhsil müəssisələrinə qəbul imtahanlarının keyfiyyəti bizi qane edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Dövlət İmtahan Mərkəzi ilə daim əməkdaşlıq edilir və keçirilən imtahanların keyfiyyəti Elm və Təhsil Nazirliyini tam şəkildə qane edir.
Emin Əmrullayev qeyd edib ki, imtahan suallarının çətinliyi ilə bağlı hər zaman müxtəlif fikirlər səslənə bilər:
“Çətin sual o zaman çətin olur ki, onu bilmirsən. Bilmədikdə sual insana çətin, bildikdə isə asan gəlir. Bu səbəbdən çətinlik anlayışı subyektivdir. Ötən illə müqayisədə builki suallarda xüsusi çətinlik müşahidə etmirik. Çünki suallar buiilki şagirdlərin bilik səviyyəsi nəzərə alınmaqla hazırlanıb”.
Nazir qeyd edib ki, imtahanda iştirak etməyən şəxslərin suallar haqqında fikir bildirməsi doğru yanaşma deyil: “Ümumilikdə, imtahanların keyfiyyəti bizi qane edir, ciddi və genişmiqyaslı problemlər görmürük. Ayrı-ayrı şəxslərin şikayətləri isə fərdi qaydada araşdırılır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər