
“Məktəblərdə Çin dilini tədris etmək istəyirik”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.
O bildirib ki, müəllimə işlədiyi saata görə əməkhaqqı verilmə sistemini məktəblərdə tətbiq etmək alınsa, bu həyata keçiriləcək.
Nazir əlavə edib ki, xarici dilin tədrisi üçün hansısa müəllim başqa ölkədən dəvət olunursa, o, lazımi əməkhaqqı ilə təmin edilməlidir:
"Azərbaycanda isə bu barədə çevik olmayan sistem mövcuddur. Biz məktəblərdə Çin dilini tətbiq etmək istəyirik. Lakin bunun üçün sinifdə müəyyən sayda şagird olmalıdır. Sistem belə işləyir. Məsələn, 270 şagirdi bir yerə yığa bilməsəm, müəllimə maaş verə bilməyəcəyik. Bu problemləri aradan aldırmağa çalışırıq".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər