Bütün xəbərlər
25 iyul, 14:45

Azərbaycan Respublikası Prezidentinin “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” müvafiq Sərəncamına əsasən, SABAH proqramının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Belə ki, artıq sözügedən proqramdan bütün ali təhsil müəssisələri, o cümlədən özəl ali təhsil müəssisələrinin xüsusi istedada malik tələbələri faydalanacaqlar.

“Azərbaycan müəllimi” xəbər verir ki, yeni SABAH proqramının ilkin olaraq 10-dan çox ali təhsil müəssisəsini, 50-yə yaxın ixtisas üzrə 3000-ə yaxın tələbəni əhatə etməsi nəzərdə tutulur. Bu siyahıya artıq neçə illərdir ki, SABAH çərçivəsində kadr hazırlığı aparan ənənəvi universitetlərlə yanaşı, ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin və özəl ali təhsil müəssisələrinin də qoşulması gözlənilir.

Digər yenilik isə SABAH proqramının tətbiq edildiyi ixtisas sayının artırılmasıdır. Bildiririk ki, ali təhsil pilləsinin həm bakalavriat, həm də magistratura səviyyələrinin bütün istiqamətləri üzrə bu proqramların açılması və xüsusi istedadlı tələbələrin 2-ci tədris ili ilə yanaşı, 1-ci tədris ilindən də proqramda iştirakının mümkünlüyünün təmin edilməsi nəzərdə tutulub. 

Əlavə olaraq qeyd edək ki, proqram çərçivəsində ixtisasların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulsa da xüsusilə müasir əmək bazarının tələblərinə və dünyada baş verən yeniliklərə uyğun təbiət, texnoloji və mühəndislik istiqamətlərində ölkəmiz üçün prioritet ixtisaslara say baxımından üstünlük veriləcək. 

Növbəti mərhələdə proqrama doktorantların da qoşulması nəzərdə tutulur. Doktorantlar üçün tədrisəsaslı, yeni məzmunlu təhsil proqramlarının tətbiqi planlaşdırılır. 

Qeyd edildiyi kimi, proqram ali təhsil müəssisələri və təhsilverənlər üçün də cəlbedici olacaq. Belə ki, proqrama qoşulan ali təhsil müəssisələrinin təhsil infrastrukturunun müasirləşdirilməsi, yeni laboratoriya və avadanlıqların alınması, tədris-metodiki və elmi bazanın gücləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Proqramda iştirak edən akademik heyət fərdi və peşəkar inkişaf məqsədilə müxtəlif təlimlərdən, birgə elmi-tədqiqatlardan və beynəlxalq mübadilə proqramlarından yararlana biləcək. Proqramın icrasına əmək bazarının nümayəndələrinin də cəlb edilməsi nəzərdə tutulub. Belə ki, işəgötürənlərin təşəbbüsü ilə tələbələr müxtəlif təlimlərdə, təcrübə proqramlarında iştirak edə biləcəklər ki, bu da məzunların birbaşa işə cəlb edilməsinə imkan yaradacaq.

Şərhlər

Xəbər lenti

26 iyul, 09:42

Azərbaycan komandası Avropa çempionu oldu

25 iyul, 22:14

Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar

25 iyul, 18:05

Şahin Bayramov: Prezidentin təşəbbüsü yüksəkixtisaslı kadr hazırlığının stimullaşdırılması baxımından son dərəcə əhəmiyyətlidir

25 iyul, 16:51

Bir məktəbdən 7 qızıl nişan – Uğurlu məzunların hekayələri

25 iyul, 15:48

Tələbə ayda 550 manat təqaüd ala bilər – Nazirin müşaviri 

25 iyul, 15:36

SABAH qruplarına qəbulda buraxılış və qəbul imtahanlarının nəticələri nəzərə alınacaq

25 iyul, 15:17

Nicat Məmmədli: SABAH qrupları yaradılarkən universitetlərin də göstəriciləri əsas götürüləcək

25 iyul, 15:12

Peşə təhsilində ilk: Beynəlxalq sertifikatlı ixtisaslar üzrə tələbə qəbulu başladı

25 iyul, 15:00

Məktəbdə uğur doğum tarixindənmi asılıdır?

25 iyul, 14:57

BSU bu regiondan olan tələbələrinə xüsusi təqaüd verəcək

25 iyul, 14:49

Doktorantura səviyyəsində də SABAH qrupları yaradılacaq

25 iyul, 12:55

400 balı necə topladılar? – Məqsədli gənclər uğurlarının sirlərini paylaşırlar

25 iyul, 12:40

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi olub

25 iyul, 12:13

Sabahın hava proqnozu açıqlanıb

25 iyul, 11:07

Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar

25 iyul, 10:49

400 bal toplayan abituriyent: İT mütəxəssisi olmaq istəyirəm

25 iyul, 10:44

SABAH qrupları üzrə ixtisasların istiqamətləri genişlənib – Nazirin müşaviri 

25 iyul, 10:41

Nicat Məmmədli: Artım tələbələrin sosial rifahının daha da yüksəlməsinə səbəb olacaq

25 iyul, 10:19

MDU və İRİA arasında əməkdaşlıq görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.