
“Təhsilin bütün səviyyələri və pillələrində tələbələrin təqaüdləri artırılıb. Bundan sonra tələbələrimiz daha yaxşı məbləğdə təqaüd alacaqlar”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında söyləyib.
O qeyd edib ki, tələbələrin 50 faizindən çoxu təqaüd alır: “Müəyyən əmsalları görmək mümkündür. Bu artım tələbələrin sosial rifahının daha da yüksəlməsinə səbəb olacaq”.
N.Məmmədli bildirib ki, akademik göstəricisindən asılı olaraq, ödənişli təhsil alan tələbələr də təqaüd alacaqlar.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər