Bütün xəbərlər
25 iyul, 16:51

Şirvan şəhəri Kimya-biologiya təmayüllü liseyin 7 məzunu elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə qızıl nişanla təltif olunub.

“Azərbaycan müəllimi” həmin məzunlarla həmsöhbət olub.

“Hər zaman özünüzə inanın və məqsədə çatmaq üçün əlinizdən gələni edin”

Söhbətimizə Səma Əliyeva ilə başlayırıq. Səma deyir ki, öyrənmək istəyən hər kəs uğur qazana bilər:

“Hər zaman özünüzə inanın və qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əlinizdən gələni edin. Bu zaman siz istədiyinizə nail olacaqsınız”.

Müsahibimizin sözlərinə görə, 9-cu sinif buraxılış imtahanında 271,7 bal, 11-ci sinif buraxılış imtahanında isə 291,7 bal toplayıb:

“IV ixtisas qrupuna sənəd vermişəm və ümumilikdə 676,3 bal toplamışam. Gələcəkdə peşəkar həkim olmaq istəyirəm. Bu vaxta qədər bir çox uğurlarım olub. 2022–2023-cü tədris ilində biologiya fənni üzrə Respublika Fənn Olimpiadasında bürünc medal qazanmışam. 2023–2024-cü tədris ilində isə respublika üzrə ən yüksək nəticə ilə finala keçmiş və qızıl medal qazanmışam. Məktəbi qırmızı attestat və qızıl nişanla bitirmişəm”.

“Həyatda kim olmaq istədiyimizə qərar verməliyik”

Daha bir qızıl nişanla təltif olunan məzun Zeynəb Mehtiyevadır. Onun da ən böyük arzusu həkim olmaqdır:

“9-cu sinif buraxılış imtahanında 256,4 bal, 11-ci sinif buraxılış imtahanında isə 282 bal toplamışam. IV ixtisas qrupu üzrə sənəd vermişəm. I cəhd imtahanından 622 bal toplamışam. 2023–2024-cü tədris ilində biologiya fənni üzrə bürünc medal qazanmışam.

Mütləq həyatda kim olmaq istədiyimizə qərar verməliyik. Çünki hər şeyin başı hədəfdir. Daha sonra bu hədəf üçün əzm, iradə və özünəinamla irəliləmək lazımdır. Unutmayaq ki, uğur təsadüf deyil, davamlı səylərin nəticəsidir”.

“Səhv eləmək öyrənməyin bir hissəsidir”

Arif Zeynalov da qızıl nişanla təltif olunan məzunlardandır. Arif deyir ki, heç vaxt təslim olmamaq lazımdır:

“Hər zaman çətinliklər olacaq, amma ruhdan düşmək olmaz. Səhv eləmək öyrənməyin bir hissəsidir. Uğur yıxılıb yenidən qalxa bilməkdir”.
Arif deyir ki, blok imtahanında 667,5 bal toplayıb. Ali təhsilini kompüter elmləri üzrə almaq istəyir. 9-cu sinif buraxılış imtahanında 238,2, 11-ci sinfin buraxılış imtahanında isə 286,1 bal toplayıb. Riyaziyyat üzrə Respublika Fənn Olimpiadasında bürünc medal qazanıb.

“Səhv etdiyiniz zaman qorxmayın, çünki hər bir səhv bir dərsdir”

Fidan İmanova bildirir ki, 9-cu sinif buraxılış imtahanında 259, 11-ci sinifdə isə 285 bal toplayıb:


“IV ixtisas qrupuna sənəd vermişəm və I cəhd imtahanında 663,4 bal toplamışam. Gələcəkdə uğurlu bir həkim olmaq istəyirəm. 10-cu sinifdə biologiya üzrə RFO-nun final mərhələsində iştirak etmiş, 11-ci sinifdə isə gümüş medala layiq görülmüşəm. Məktəbi qırmızı attestat və qızıl nişanla bitirmişəm.Daim çalışqan olmaq və asanlıqla təslim olmamaq vacibdir. Dərsləri vaxtında oxumaq həm uğur gətirər, həm də stresi azaldar. Hər gün az da olsa, təkrar etmək öyrənməni asanlaşdırır. Özünüzə güvənin və bacaracağınıza inanın. Səhv etdiyiniz zaman qorxmayın, çünki hər bir səhv bir dərsdir”.

“Kiçik addımlar zamanla böyük dəyişikliklər yaradır”

Ədalət Soltanov deyir ki, hər uğurun arxasında səbir və ardıcıl zəhmət dayanır:

“Kiçik addımlar zamanla böyük dəyişikliklər yaradır. Özünə inanmaq yolun yarısıdır. Ən vacibi isə başladığın işi yarımçıq qoymamaqdır”.
“9-cu sinif buraxılış imtahanında 265,2, 11-ci sinifdə isə 289,1 bal toplamışam. “Kompüter mühəndisliyi” ixtisasına sənəd verəcəyəm və 667,1 bal toplamışam. Fizika fənni üzrə RFO-da bürünc medal qazanmışam”.

“Önəmli olan çox çalışmaq yox, düzgün metodla çalışmaqdır”

Çingiz Həşimov da qızıl nişanla təltif olunan məzunlardandır. O deyir: “Önəmli olan çox çalışmaq yox, düzgün metodla çalışmaqdır”.

Çingiz 9-cu sinif buraxılış imtahanında 261, 11-ci sinifdə isə 291,9 bal, ümumilikdə 688,1 bal toplayıb. “10-cu sinifdə fizika fənni üzrə RFO-da bürünc medal əldə etmişəm. Kimya mühəndisliyi” ixtisasına yiyələnmək istəyirəm”.

“Həyatda uğurlu olmaq istəyirsənsə, özünə güvənməli və çox çalışmalısan”

Sadiq Tağıyev deyir ki, əgər həyatda uğurlu olmaq istəyirsənsə, özünə güvənməli və çox çalışmalısan: 

“Şübhəsiz ki, çox çalışmağın bəhrəsini görürük. 9-cu sinif buraxılış imtahanında 216, 11-ci sinifdə isə 260 bal toplamışam. II ixtisas qrupuna sənəd vermişəm və 604 bal toplamışam. Maliyyə fakültəsində təhsil almağı və universiteti uğurla başa vurmağı hədəfləyirəm”.

Şərhlər

Xəbər lenti

26 iyul, 09:42

Azərbaycan komandası Avropa çempionu oldu

25 iyul, 22:14

Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar

25 iyul, 18:05

Şahin Bayramov: Prezidentin təşəbbüsü yüksəkixtisaslı kadr hazırlığının stimullaşdırılması baxımından son dərəcə əhəmiyyətlidir

25 iyul, 15:48

Tələbə ayda 550 manat təqaüd ala bilər – Nazirin müşaviri 

25 iyul, 15:36

SABAH qruplarına qəbulda buraxılış və qəbul imtahanlarının nəticələri nəzərə alınacaq

25 iyul, 15:17

Nicat Məmmədli: SABAH qrupları yaradılarkən universitetlərin də göstəriciləri əsas götürüləcək

25 iyul, 15:12

Peşə təhsilində ilk: Beynəlxalq sertifikatlı ixtisaslar üzrə tələbə qəbulu başladı

25 iyul, 15:00

Məktəbdə uğur doğum tarixindənmi asılıdır?

25 iyul, 14:57

BSU bu regiondan olan tələbələrinə xüsusi təqaüd verəcək

25 iyul, 14:49

Doktorantura səviyyəsində də SABAH qrupları yaradılacaq

25 iyul, 14:45

Özəl ali məktəblər SABAH proqramına qoşulacaq

25 iyul, 12:55

400 balı necə topladılar? – Məqsədli gənclər uğurlarının sirlərini paylaşırlar

25 iyul, 12:40

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi olub

25 iyul, 12:13

Sabahın hava proqnozu açıqlanıb

25 iyul, 11:07

Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar

25 iyul, 10:49

400 bal toplayan abituriyent: İT mütəxəssisi olmaq istəyirəm

25 iyul, 10:44

SABAH qrupları üzrə ixtisasların istiqamətləri genişlənib – Nazirin müşaviri 

25 iyul, 10:41

Nicat Məmmədli: Artım tələbələrin sosial rifahının daha da yüksəlməsinə səbəb olacaq

25 iyul, 10:19

MDU və İRİA arasında əməkdaşlıq görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.