Bütün xəbərlər
24 iyun, 15:16

Bu gün Bakı Konqres Mərkəzində 2025-ci il üzrə Respublika fənn olimpiadalarının (RFO) qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

“Azərbaycan müəllimi” xəbər verir ki, mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, elm və təhsil nazirinin müavinləri Firudin Qurbanov və Kənan Kərimzadə, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədr müavini Namiq Babayev, Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, dövlət və özəl qurumların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca RFO-nun əhəmiyyətini və 2025-ci il üzrə keçirilmə prosesini əks etdirən videoçarx nümayiş olunub.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bilik və bacarıqları ilə fərqlənən gənc istedadları təbrik edib, onların uğurlarını yüksək qiymətləndirib:

“Son illərdə RFO-da iştirak edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, iştirakçı sayı 80 mini ötüb”, – deyə nazir vurğulayıb.

O əlavə edib ki, Elm və Təhsil Nazirliyi olaraq istedadlı gənclərlə işləmək, onları vaxtında üzə çıxarmaq və davamlı inkişafını təmin etmək qurumun əsas prioritetlərindəndir.
Daha sonra qaliblər mükafatlandırılıb. Tədbirdə “Birincilərin birincisi”, yəni fənlər üzrə ən yüksək nəticə göstərmiş iştirakçı da xüsusi təqdim olunaraq təltif edilib. 

Mərasim bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, RFO ölkədə elmi potensialı yüksək olan şagirdlərin aşkara çıxarılması, onların inkişafına şərait yaradılması və gələcəkdə peşəkar istiqamət almaları baxımından mühüm platformadır.

2025-ci ildə RFO-da 8 fənn üzrə ümumilikdə 95 nəfər qızıl, 170 nəfər gümüş, 249 nəfər isə bürünc medal qazanıb.

1 /18

Şərhlər

Xəbər lenti

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

31 iyul, 12:04

Gəncədə peşə təlimləri: Böyük Qayıdışın kiçik başlanğıcları

31 iyul, 11:35

4-cü Azərbaycan-Türkiyə birgə beynəlxalq qrant müsabiqəsi elan edilir

31 iyul, 11:21

Kənd məktəbinin Avropa çempionu olan məzunu: “Əziyyət çəkməsən, uğur qazana bilməzsən”

31 iyul, 10:59

Universitetlərə ixtisas seçiminin tarixləri AÇIQLANDI

31 iyul, 10:36

Uğurlu karyera ali təhsilsiz də mümkündür: Peşə təhsilinin artan imkanları

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.