
"İki ilə 6 universitetin Top 1000-ə düşməsi atılan addımların effektivliyini göstərir".
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, son üç ildə Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi kimi fəaliyyət göstərməsi, aparılan tədqiqatların nəticələrinin artması, eləcə də xarici tələbə və müəllimlərin sayındakı artım nəticəsində 6 universitet dünyanın ən yaxşı 1000 ali məktəbi sırasına daxil olub.
“Bu, mühüm göstəricidir. Əlimizdə olan rəqəmlər göstərir ki, növbəti 2-3 il ərzində bu yaxşılaşma davam edəcək. Amma dəqiq nəticələri gələn il biləcəyik. Gözləntimiz müsbətdir”, – deyə Emin Əmrullayev vurğulayıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər