Bütün xəbərlər
24 iyun, 16:45

Hər uğurun arxasında görünməyən fədakarlıqlar, susqun mübarizələr və səssiz yuxusuz gecələr yatır. Elə bu yollardan keçərək uğura çatanlardan biri də Şamaxının Kərkənc kəndində çalışan biologiya müəllimi Gülnar Cəfərovadır. Bu gün onun 60 balla uğurla keçdiyi sertifikatlaşdırma imtahanı, əslində illərlə formalaşan əzmin, səbirin və peşəyə olan sevginin nəticəsidir.

Gülnar müəllim qazandığı uğurun sevincini “Azərbaycan müəllimi” ilə bölüşüb.

Bildirib ki, 2016-cı ildən müəllimlik peşəsini şərəflə daşıyır. Müəllimlərin sertifikasiya imtahanına böyük həvəs və istəklə hazırlaşıb. Hazırlıq müddətində bir sıra çətinliklərlə üzləşsə də, bu, onu dayandırmayıb, əksinə, daha da ruhlandırıb. "İmtahanda bir qədər həyəcanlı olsam da, ümumilikdə proses rahat keçdi", - deyə o bildirir.

Gülnar müəllim üçün bu 60 bal sadəcə bir nəticə deyil. Bu, onun aylarla çəkdiyi əziyyətin, yuxusuz gecələrinin, erkən səhərlərini dərslərə həsr etməsinin, ailə çətinliklərinə baxmayaraq özünə və yoluna inamının təzahürüdür.  Qeyd edir ki, hazırlıq müddətində ən böyük dəstəkçisi ailəsi olub.

İşləyən müəllim kimi eyni anda həm dərslərə cavabdeh olmaq, həm də şəxsi hazırlığını davam etdirmək Gülnar xanım üçün məsuliyyətli, lakin bir o qədər də dəyərli bir proses olub. “Şagirdlərin gülüşü, onlarla keçirdiyim vaxt mənim üçün ən böyük motivasiyadır”, - deyir həmsöhbətim.

Onun fikrincə, sertifikatlaşdırma imtahanı müəllimin peşəkarlığının göstəricisidir. Peşəkar inkişaf yolunda əsas hədəfi isə şagirdlərinə yalnız dərs keçmək deyil, həm də onların şəxsiyyət kimi formalaşmasında dayaq olmaqdır.

Sonda gənc müəllimlərə səslənən Gülnar Cəfərova onlara belə bir tövsiyə verir: “Çətinliklərdən qorxmayın və əsla geri çəkilməyin. Əzmlə çalışın. Uğur çalışana qismət olur”.

Biz də öz növbəmizdə Gülnar müəllimi bu uğuru münasibətilə təbrik edir, gələcək fəaliyyətində ona daha böyük nailiyyətlər arzu edirik.

Şərhlər

Xəbər lenti

3 sentyabr, 10:12

Naxçıvana 170 mindən artıq dərslik gətirilib

3 sentyabr, 10:04

ADPU-da “Mexanikada yeni trendlər” I Beynəlxalq elmi konfrans başlayıb

3 sentyabr, 09:54

Azərbaycan ilə Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək

3 sentyabr, 09:30

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

3 sentyabr, 08:36

Ankarada Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin forumu keçirilir

2 sentyabr, 19:50

İkinci “Məktəbli könüllü” proqramına qeydiyyat başlayıb

2 sentyabr, 17:01

Fransa yeni tədris ilində müəllim çatışmazlığı ilə üzləşib

2 sentyabr, 17:00

Təhsil Tələbə Krediti Fondunda yardım masası fəaliyyətini davam etdirir

2 sentyabr, 16:45

Türkiyədə beynəlxalq fənn olimpiadalarına necə hazırlaşırlar? – Qalib şagirdlə SÖHBƏT

2 sentyabr, 15:50

Məktəblər işə qəbulda portfolio tələb edir – Polşada çalışan azərbaycanlı müəllim

2 sentyabr, 15:23

“Sinifdə şagirdlərlə arama sərt xətt çəkmirəm” – Gənc müəllimlə MÜSAHİBƏ

2 sentyabr, 15:08

Peşə Təhsil Mərkəzinin məhsulu şərab istehsalında istifadə edilə bilər

2 sentyabr, 15:01

Ukraynada məktəblərdə 12 illik təhsilə keçidlə bağlı pilot layihəyə başlanılıb

2 sentyabr, 14:47

Uşağın yanında olmaq vacibdir

2 sentyabr, 14:19

Reinteqrasiya tədbirləri nəticəsində 110 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

2 sentyabr, 14:08

UFAZ məzunu İsveç İnstitutunun prestijli təqaüdünü qazanıb

2 sentyabr, 14:04

Nazirliyin qrant müsabiqəsinin qalibləri layihələrindən danışdılar

2 sentyabr, 13:05

BSU-da fəlsəfə üzrə doktoranturaya qəbul imtahanı keçirilir

2 sentyabr, 11:11

Ali təhsildə inkişaf savadlı kollektivin formalaşmasından başlayır – AÇIQLAMA

2 sentyabr, 10:50

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.