Bütün xəbərlər
20 dekabr, 18:22

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Keyfiyyətli təhsil – Müasir çağırışlar” mövzusunda forum keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, forumda TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Agentliyin struktur bölmə rəhbərləri və əməkdaşları, həmçinin Naxçıvan Dövlət Universitetinin 300 nəfərdən artıq akademik və inzibati heyəti, media nümayəndələri iştirak edib.

Forumun məqsədi regionlarda yerləşən ali təhsil müəssisələrinə keyfiyyət təminatına dair faydalı məlumatların verilməsi, daxili keyfiyyət təminatı sisteminin formalaşmasına, eləcə də müəssisələrdə keyfiyyət təminatı strukturunun işinin səmərəli təşkilinə və tədrisin tələbəyönümlü prinsiplər əsasında qurulmasına dəstək olmaqdır.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev təhsildə keyfiyyətin təmin olunmasının əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, elmi potensialın gücləndirilməsi və əmək bazarına uyğun kadr hazırlığı universitetin əsas prioritetlərindəndir.  Rektor həmçinin qeyd edib ki, bu il universitetdə keçirilən karyera sərgisi çərçivəsində 2000-dən artıq vakansiya elan olunub və məzunların işlə təmin olunmasında ciddi nailiyyətlər əldə edilib. 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov tədbir iştirakçılarına ali təhsil sisteminin müasir çağırışları ilə bağlı vacib məqamları diqqətə çatdırıb. Qeyd olunub ki, təhsil sisteminin inkişafı üçün müasir dövrün tələblərinə uyğun islahatlar aparılması zəruridir. 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev “Akkreditasiya prosesinin konseptual müzakirələri”, Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov “Təhsildə müasir çağırışlar”, Kvalifikasiyaların tanınması şöbəsinin müdiri Elnur Xəlilov “Kvalifikasiyaların tanınması necə həyata keçirilir?” mövzularında çıxış ediblər.

Tədbirin ikinci hissəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyininin əməkdaşları tərəfindən “Tələbəyönümlü yanaşma və effektiv təlim nəticələri” və “Məlumatəsaslı qərarvermə yolu ilə ATM-də keyfiyyət mədəniyyətinin formalaşdırılması” mövzularında praktiki təlimlər təşkil edilib.

1 /5

Şərhlər

Xəbər lenti

30 avqust, 12:16

Xaçmaz rayonu üzrə 650 məzun tələbə oldu

30 avqust, 10:59

Azərbaycanlı Kanzas Dövlət Universitetində yüksək vəzifəyə təyin olunub

30 avqust, 09:08

“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayıb

29 avqust, 18:28

MİQ müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

29 avqust, 17:23

Mühəndislikdə zərif güc: 50 qadın “Zərif mühəndislər”lə real istehsalata addım atdı

29 avqust, 17:01

İndiyədək 59 000-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib – TTKF

29 avqust, 16:59

Peşə təhsili müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi başlayıb

29 avqust, 16:52

Evdə təhsil ləğv olunmayıb – RƏSMİ AÇIQLAMA

29 avqust, 16:26

ICPC dünya finalının direktoru: Azərbaycan 6 aya hazırlıq görən ilk ölkədir – MÜSAHİBƏ

29 avqust, 15:40

ADNSU rəhbərliyi Vorvik Universitetində tədqiqat mərkəzləri ilə tanış olub

29 avqust, 14:51

ADPU-da “Mexanikada yeni trendlər” adlı elmi konfrans keçiriləcək

29 avqust, 14:47

Mil-Muğan regionunun 41 məktəbində tikinti və təmir işləri aparılır

29 avqust, 14:33

Region məktəbinin bütün məzunları tələbə oldu

29 avqust, 14:20

Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri AÇIQLANDI

29 avqust, 14:08

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə imtahan keçirilib

29 avqust, 13:55

Yaşıl gələcək uğrunda: Təhsil və ekologiyada könüllü təşəbbüslər

29 avqust, 13:12

ADNSU Kitabxana informasiya mərkəzi oxuculara jurnal resurslarını təqdim edir

29 avqust, 12:26

Bu məzunlar rayon birinciləri oldular

29 avqust, 12:21

Təhsil haqqı üçün pul yoxdur? – Təhsil tələbə krediti ilə bağlı bütün detallar

29 avqust, 11:35

Bölgələrdə velosiped məşqçiləri üçün təlim keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.