Bütün xəbərlər
30 yanvar, 15:52

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin 425 şagirdi uğur qazanaraq növbəti mərhələyə - yarımfinala keçə bilib. Həmin şagirdlərin yalnız biri maksimum nəticə əldə edib. 

"Azərbaycan müəllimi" riyaziyyat üzrə ən yüksək bal toplayan həmin şagirdlə - Rəvan Zeynallı ilə həmsöhbət olub.

“Kiçik yaşlarımdan müsabiqələrdə iştirak edirəm”

Rəvan Zeynallı 2008-ci ildə İmişli şəhərində anadan olub. Hazırda İmişli şəhəri N.Nərimanov adına 1 nömrəli məktəb-liseyin 11-ci sinfində oxuyur. O deyir ki, kiçik yaşlarından müsabiqələrdə iştirak edir. Düşünür ki, müsabiqə və olimpiadalarda iştirak özünüinkişaf üçün ən yaxşı üsullardandır:

"Olimpiadada iştirak etməyimin əsas səbəbkarları müəllimlərim və məktəbimizin direktoru Yusif Hüseynovdur. Onlar mənə bu olimpiada haqqında məlumat verdilər və uğur qazanacağıma inandıqlarını dedilər. Valideynlərim və bacım da mənə dəstək oldu. Olimpiadada iştirak etmək qərarına gələndən sonra əvvəlki illərin suallarına nəzər yetirdim və gördüm ki, onları cavablandıra bilirəm. Beləliklə, olimpiadaya hazırlaşmağa başladım və müəllimlərim də mənə bu hazırlıqda yardım etdilər.

Əslində, yarışda iştirak edərkən sualları səhvsiz yazacağıma inanırdım. Amma texniki səhvlər gedə bilərdi. Buna baxmayaraq, 100 faiz nəticə göstərəcəyimə əmin idim. Nəticələr elan olunanda gözləntilərim öz təsdiqini tapdı".

Rəvan Zeynallı əvvəlki illərin uğurları barədə həvəslə danışaraq deyib ki, o daha əvvəl də bir çox müsabiqələrin qalibi olub:

"Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi də bunlardan biridir. Bu müsabiqənin gümüş medalçısı olmuşam. Bundan başqa, rayonumuzda keçirilən "Kim? Nə? Hara?" intellektual bilik yarışmasında qızıl medal qazanmışam. İTV kanalında nümayiş olunan "Əlaçı” proqramında iştirak etmişəm. Kiçik yaşlarımda şahmatla məşğul olmuşam və çoxsaylı uğurlar əldə etmişəm".

Müsahibim yekunda qeyd edib ki, hazırda buraxılış imtahanı ilə yanaşı, olimpiadanın yarımfinalına da hazırlaşır. İnanır ki, bu dəfə də qalib olacaq.

Şərhlər

Xəbər lenti

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iyul, 11:35

Bağçalara qəbul başlayır

11 iyul, 11:30

İzmirdə ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

11 iyul, 11:25

Gəncədə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

11 iyul, 11:10

“HTP sayəsində ölkəmizi layiqincə təmsil etməyə çalışdım” – Çində təhsil alan tələbə

11 iyul, 10:49

Peşə təmayüllü siniflərdə çalışmaq istəyənlərin NƏZƏRİNƏ!

11 iyul, 10:20

Peşə təhsili müəssisələrinin müəllimləri Türkiyədə təlimdə iştirak ediblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.