Bütün xəbərlər
7 may, 12:03

İsmayıllının sakit və yaşıllıqlarla əhatələnmiş səliqəli küçələrində bir məktəbli addımlayır. O, sadəcə məktəb yollarında deyil, uğur pillələrində də irəliləyir.

"Azərbaycan müəllimi" İsmayıllı rayonunun uğurlu məktəblilərindən olan Nazlı Mirzəliyevanın uğur hekayəsini oxucularla bölüşür.

İsmayıllı şəhəri N.Behdiyev adına 6 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nazlı Mirzəliyeva sıradan bir məktəbli deyil. O, təhsilə olan sevgisi, zəhmətkeşliyi və qarşısına qoyduğu məqsədlərə olan sadiqliyi ilə həm müəllimlərinin, həm də həmyaşlarının rəğbətini qazanıb. Bu il "Ən yaxşı təqdimat" müsabiqəsindəki çıxışı ilə diqqət mərkəzində olub. O, "Heydər Əliyev və azərbaycançılıq məfkurəsinin ideologiya səviyyəsinə yüksəldilməsi" mövzusunda hazırladığı təqdimatla müsabiqədə II yerə layiq görülüb.

Bu uğura gedən yol isə heç də təsadüfi olmayıb. Nazlı oktyabr ayından bu təqdimata ciddi şəkildə hazırlaşmağa başlayıb. Heydər Əliyevin irsini öyrənmək, onun siyasi baxışlarını və azərbaycançılıq məfkurəsini dərindən anlamaq ona böyük maraq və ilham verib.

Onun uğurları yalnız təqdimat müsabiqəsi ilə yekunlaşmır. Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə göstərdiyi nəticələr hər kəsin diqqətini çəkib. Ötən il 8-ci sinifdə oxuyarkən 9-cu siniflərlə yarışaraq RFO-nun gümüş medalçısı olan Nazlı bu il məqsədini daha da yüksəldib: medalının əyarını dəyişmək. O, bu arzusuna çataraq builki olimpiadada qızıl medalla təltif olunub.

Təcrübə və zəhmət onun əsas silahları idi. Artıq keçən ildən əzbərlədiyi materiallar, qazandığı təcrübə bu il işini xeyli asanlaşdırıb. Həmsöhbətim uğurlarını təkbaşına qazandığını düşünmür. O, ailəsinin və müəllimlərinin dəstəyini yüksək qiymətləndirir. Fənn müəllimi ilə yanaşı, digər müəllimlərinin də ona inandığını və uğur yolunda ruhlandırdığını minnətdarlıqla qeyd edir.

Gələcək planlarından danışarkən isə gözlərində parıltı yaranır. O, hüquq təhsili almağı qarşısına məqsəd qoyub. Artıq indidən bu sahədə müəyyən layihələrdə iştirak edir, hüquqi biliklərini artırmaq üçün araşdırmalar aparır. Üstəlik, rayonun "Uşaq səfirlər məclisi"nin nümayəndəsi kimi uşaq hüquqları ilə bağlı fəal mövqe tutur və bu mövzunu dərindən öyrənməyə çalışır.

Yaşıdlarına tövsiyələr

Müsahibimiz yaşıdlarına da dəyərli tövsiyələr verir:

"Əsas məsələ təcrübəli insanlarla ünsiyyətdə olmaqdır. O yolu keçmiş insanlara baxanda insan ruhlanır. Amma təkcə çox çalışmaq yox, sistemli və keyfiyyətli çalışmaq vacibdir".

Boş vaxtlarında isə idmanla məşğul olur, mütaliə edir və müxtəlif mövzularda araşdırmalar aparmaqdan zövq alır. Onun fikrincə, insanın həyatda uğur qazanması üçün ilk növbədə məqsədi olmalıdır:

“Məqsədi olan insanın həyata olan eşqi artır, o da bu yolda əlindən gələni edir,” – deyə bildirir.

Nazlı həmçinin bədii gimnastika ilə də ciddi şəkildə məşğul olur. Bu sahəyə uşaq yaşlarından maraq göstərib və zamanla onu təhsili ilə uğurla birləşdirə bilib:
"Uşaq yaşlarımdan bədii gimnastika ilə məşğul olmuşam. Deyərdim ki, məni hərtərəfli inkişaf etdirən əsas faktor elə budur. Həm rayonumu, həm də respublikamı ölkədən kənarda təmsil etmişəm. Komanda yoldaşlarımla Gürcüstanda keçirilən “Gimnastika hamı üçün” yarışda qızıl medala layiq görülmüşük. İdman təkcə səhhətimə müsbət təsir etmədi, eyni zamanda, psixoloji cəhətdən məni inkişaf etdirdi, komanda şəklində işləməyi, bir-birimizə dəstək olmağı öyrətdi".

O qeyd edir ki, təhsil aldığı məktəb 2021-ci ildə yenidən təmir olunub. Məktəbin binasında şagirdlər üçün yaradılmış müasir şəraitə görə Heydər Əliyev Fonduna öz təşəkkürünü bildirir. Yaradılmış geniş imkanların və yüksək şəraitin ona və onun timsalında bütün şagirdlərə ilham verdiyini və bu etimadı doğrultmaq üçün daha da çox çalışdıqlarını bildirir.

Ədəbi-bədii ədəbiyyata olan marağı, dünya klassiklərinin və Azərbaycan ədiblərinin yaradıcılığına olan sevgisi onun bu sahədəki uğurlarına əlavə güc qatıb. Dili daha yaxşı öyrənmək və onu gələcək nəsillərə düzgün şəkildə çatdırmaq arzusu ilə öz üzərində yorulmadan çalışır.

Nazlının uğur hekayəsi bizə göstərir ki, əzm, məqsəd və inamla istənilən uğura nail olmaq mümkündür. O, kiçik addımlarla böyük uğurlara imza atan gənc bir liderin parlaq nümunəsidir.

Şərhlər

Xəbər lenti

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.