
"Peşə təhsilində mərhələli şəkildə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur".
“Azərbaycan müəllimi” “Teleqraf”a istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O bildirib ki, ayrı-ayrı ixtisaslar üzrə xərclər müəyyənləşdirilir:
“Xərclərdə müəllimin iş saatı, əməkhaqqı, enerji ehtiyatına sərfiyyat və s. nəzərə alınır. Bazarda 3 aylıq kursların qiyməti 1 illik təhsil qiymətindən çoxdur. Peşə təhsili praktiki təhsildir. Məqsədimiz tələbələrə tədris prosesində səhvləri öyrədib, onları əmək bazarına hazırlıqlı yetişdirməkdir”, – o söyləyib.
Onun sözlərinə görə, iyul-avqust aylarında peşə təhsili müəssisələrinə qəbul aparılacaq: "Peşə təhsili müəssisələrinə qəbul prosesində plan yerlərinin artırılması gözlənilir".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər