Bütün xəbərlər
19 dekabr, 11:47

Müasir təhsil metodlarının tətbiqində maraqlı olan Naxçıvan Dövlət Universitetinin (NDU) peşəkar kadrların hazırlanılması üçün atdığı addımlardan biri də dünyanın reytinqli universitetlərinin müəllimlərini özünün tədris prosesinə cəlb etməkdir. Universitet 2024-2025-ci dərs ilində tədris və tədqiqat fəaliyyəti ilə məşğul olmaq üçün Yaponiya, ABŞ və Türkiyədən 16 professor dəvət edib. NDU bununla kadr potensialını artırmaqla yanaşı, xarici təcrübənin öyrənilməsinə, tələbələrin tədqiqat bacarıqlarının möhkəmləndirilməsinə və universitetlər arasında akademik əməkdaşlığın gücləndirilməsinə də nail olmaq istəyir. 

“Azərbaycan müəllimi” həmin müəllimlərin biri ilə həmsöhbət olub.

NDU-ya Türkiyədən gələn çoxsaylı müəllimlərdən biri olan Mürsəl Karabacak  Kayseri Universitetinin Baytarlıq bölümünün dosentidır. O, NDU-nun Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində “Baytarlıq” ixtisası üzrə təhsil alanlara “Mamalıq ginekologiyası və heyvanların çoxalma biotexnikası” fənnindən dərs keçir.

- Mürsəl müəllim, universitetdə apardığınız tədris prosesi haqqında məlumat verərdiniz. Buradakı dərslərin ümumi gedişatı necədir? 

- Artıq 2 ildir ki,  Naxçıvandayam və burada dərs keçirəm. NDU-da IV kurs tələbələrinə mamalıq dərsi, V kurslara isə klinik praktik dərslər keçirəm. Dərsləri xəstə heyvanlar üzərində keçirəm. Tələbələrə onları necə müayinə etmək lazım oduğunu öyrədirəm.  Əgər xəstə heyvanlar gəlməsə, teorik dərslər keçirilir. 

- Tələbələrimiz sizdə hansı təəssüratlar yaradıblar? Onlar sizi qane edir?

- Tələbələr öz ixtisaslarına son dərəcə bağlıdırlar, dərsləri ilə yaxından maraqlanırlar, öyrənməyə həvəslidirlər. Onların dərslərə bağlılıqlarından son dərəcə məmnunam. Əminəm ki,  hər biri yaxşı həkim olacaq. 

- Türkiyədəki təhsil sistemi ilə buradakı təhsil sistemi arasında oxşar və fərqli cəhətlər nələrdir?

- Türkiyədə daha çox praktika yönümlü təhsilə önəm veririk. Burada isə praktik dərslərin bir az daha artırılması lazımdır. Buna görə də, təbii ki, heyvan xəstəxanaları yaradılmalı və həmin xəstəxanalara heyvanlar gətirilərək müayinə edilməlidir. Bundan başqa da bəzi fərqliliklər var. Məsələn, hesab edirəm ki, “Baytarlıq” hansısa bir fakültənin içində bir ixtisas kimi deyil, müstəqil bir fakültə olmalıdır. Fikrimcə, əgər ayrı bir fakültə olarsa, daha da yaxşı nəticə əldə etmək mümkündür.

- “Baytarlıq” ixtisası üzrə dərs keçən həmkarlarınıza hansı tövsiyələri verə bilərsiniz?

- Təbii ki, Naxçıvan Dövlət Universitetində çox dəyərli müəllimlərimiz var. Həmin müəllimlər öz bilik və bacarıqlarını tələbələrlə bölüşürlər. Öyrənmək üçün yaş  sərhəddi yoxdur. Onlara xaricdə keçirilən konqreslərə, seminarlara qatılmalarını biliklərini çoxaltmağı, tələbələrə daha çox məlumat vermələrini tövsiyə edirəm.

- Sizcə, tələbə və müəllim münasibətləri necə olmalıdır? Naxçıvan Dövlət Universiteti daxilindəki tələbə-müəllim münasibətlərində nələri müşahidə edirniz?

- Burada münasibətlər daha rəsmidir, Türkiyədə isə tələbələr müəllimləri ilə daha rahat ünsiyyət qururlar. Bu, təbii ki, müəllimin özündən də asılıdır. Müəllim tələbə ilə özünün arasında bir sərhəd qoymağı bacarmalıdır, amma bu sərhəd diktatorluq səviyyəsinə qalxmamalıdır. Sərhədi qoruduqdan sonra heç bir problem yoxdur. Biz tələbələrimizlə çox yaxşı münasibətdəyik. Onlar bizə suallarını çəkinmədən verə bilir və lazım olan bütün məlumatları əldə edirlər.

- Tələbələrin motivasiyalarını artırmaq üçün ən çox hansı üsullardan istifadə edirsiniz?

- Dərslərdə mütləq şəkildə qaydalar qoymuram, tələbələr istədikləri sualları dərsin istənilən anında verə bilirlər: Ən önəmli motivasiyanı bunda görürəm. Hər tələbə dərslə bağlı fikrini rahatca ifadə edə bilir. Mütləq ki, səhvlər olur, ancaq bunu tələbələrə onları incitmədən, uyğun bir şəkildə deyirik.

- Dərs keçmə metodlarınız nələrdir, hansı üsullardan istifadə edirsiniz?

- Tələbələr daha çox cərrahi əməliyyatların gedişatını izləyirlər, bütün tələbələr dərslərdə iştirak edib lazım olanları öyrəndikdən sonra praktika edirik. Baytar   həkimliyi usta-şagird münasibəti ilə öyrənilən bir məsləkdir. Usta işi görərkən şagird onu izləyir və özü də bu işi yavaş-yavaş öyrənməyə başlayır. Öyrənmə bu şəkildə olanda daha effektli olur. Praktika keçirilməsə, nəzəri biliklərin bir mənası olmaz.

- Naxçıvan Dövlət Universitetinin tələbələrindən Türkiyəyə praktika üçün gedənlər var?

-  Şərtlərə uyğun olan tələbələr Türkiyəyə gedib təhsillərini orada tamamlaya bilərlər.

- Son olaraq, Naxçıvan şəhəri və universitetimiz haqqında təəssüratlarınızı öyrənmək istərdik. 

- Naxçıvan şəhəri olduqca gözəldir, yolları təmizdir, insanları qayğıkeşdir. Bu şəhəri çox sevdim. Qismət olsa, gələcək illərdə buradakı təhsilə yenidən töhfə vermək istəyirəm. Universitetə gəldikdə, o, bizim üçün bütün imkanlarını səfərbər edib, çox yaxşı yataqxanamız var. Orada Türkiyədən, Azərbaycanın fərqli yerlərindən gələn müəllim yoldaşlarımız ilə bir yerdə qalırıq. Təhsil üçün vacib olan hər şey bizim üçün təşkil edilib. Rektorumuz hər şeylə maraqlanır, istədiyimiz vaxt onunla əlaqə saxlayıb problemlərimizi deyə bilirik, onlar da əllərindən gələni edirlər.

1 /2

Şərhlər

Xəbər lenti

13 iyul, 15:41

Bugünkü qəbul imtahanının nəticələri 2 həftəyə açıqlanacaq

13 iyul, 14:37

6 nəfərin imtahan nəticəsi ləğv edilib -DİM

12 iyul, 21:30

Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib

12 iyul, 14:22

Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlanıb

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.