Bütün xəbərlər
24 aprel, 11:30

Artıq bir neçə gün sonra Respublika fənn müsabiqələrinin (RFM) yarımfinal turu keçiriləcək. Məktəblilər bu mötəbər yarışın növbəti turuna böyük həvəs və həyəcanla hazırlaşırlar. Biləsuvar şəhəri K. Ağayev adına Texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin yarımfinal turuna keçən şagirdləri də onların sırasındadır. 

Sözügedən məktəb-liseyin 3 şagirdi – Mehin Səlimxanlı, Nigar Mehtili və Adil Məmmədli bu turda bütün suallara cavab verərək 100 balla növbəti tura vəsiqə əldə ediblər.

“Azərbaycan müəllimi” qəzeti həmin şagirdlərlə həmsöhbət olaraq onların yarımfinala hazırlıqları ilə maraqlanıb.

“Növbəti tura daha çox hazırlaşıram, çünki məni qabaqda çətin imtahan gözləyir”

Mehin Səlimxanlının sözlərinə görə, bu məktəbə 6-cı sinifdən 7-ci sinifə keçən zaman yüksək nəticə ilə qəbul olub. Mehin müsabiqədə iştirak etməsi və növbəti tura hazırlığı ilə bağlı danışır:

“Keçən il RFM-də yarımfinala keçdim, lakin finala keçə bilmədim. Bu il isə qarşıma məqsəd qoydum ki, medal qazanacağam. Müsabiqəyə sentyabr ayından kimya müəllimlə hazırlaşmışam. Yaydan başlayaraq hər gün kimyaya vaxt ayırıram. Yarımfinala keçəcəyimə inanırdım, çünki çox hazırlaşmışdım. 6-cı sinifdə riyaziyyat fənni üzrə RFM-də yarımfinala keçmişəm. Hər il sinif əlaçısı oluram. Növbəti tura daha çox hazırlaşıram, çünki məni qabaqda çətin imtahan gözləyir, rəqabət də yüksəkdir”.

“Müsabiqədə iştirakım kimya fənnini daha yaxşı öyrənməyimə kömək edəcək“

Nigar Mehtili hazırda 7-ci sinifdə oxuyur. Onun sözlərinə görə, ötən il məktəb-liseyə qəbul imtahanında yüksək nəticə göstərib:


“Hesab edirəm ki, müsabiqədə iştirakım kimya fənnini daha yaxşı öyrənməyimə kömək edəcək. Müsabiqəyə kimya müəllimimiz Günel Nuraliyevayla hazırlaşmışam. Hər gün davamlı olaraq testlər işləmişəm. 6-cı sinifdə riyaziyyat fənni üzrə RFM-dən yarımfinala keçmişəm. Hər il sinif əlaçısı olmuşam”.

“Qalib olacağıma inanıram, çünki bu dəfə daha əzmlə çalışıram”

Müsabiqədə maksimum bal toplayan şagirdlərdən biri də Adil Məmmədlidir. Adil də məktəb-liseyə ötən tədris ilində qəbul olub:

“Kimya fənninə uşaq yaşlarından maraq göstərmişəm. Buna görə bu il də kimya fənnindən müsabiqəyə getdim. Müsabiqəyə kimyadan testlər işləyərək və nəzəriyyəni oxuyaraq hazırlaşdım. Mənə kimya müəllimim İlkin Rüstəmov dəstək oldu. Onunla birgə hazırlaşdım. Mən birinci mərhələ imtahanına gedəndə həyəcanlı olsam da, özümə güvənirdim və nəticədə maksimum bal əldə etdim. Ötən il riyaziyyat fənnindən müsabiqənin yarımfinalına keçə bilsəm də, finala keçə bilməmişdim. Çox həvəslə növbəti tura hazırlaşıram. Qalib olacağıma inanıram, çünki bu dəfə daha əzmlə çalışıram”.

Qeyd edək ki, məktəb-liseyi RFM, eləcə də Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının yarımfinal turunda 58 şagirdi təmsil edəcək. Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V, fənn müsabiqələri isə VI-VII sinif şagirdləri üçün təşkil olunur.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.