Bütün xəbərlər
21 fevral, 10:14

Qarabağ Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, iclası giriş sözü ilə Elmi Şuranın sədri Şahin Bayramov açıb. Sədr ali təhsil müəssisəsində həyata keçirilən ilk imtahan sessiyasınının uğurla yekunlaşması və yeni semestrin başlaması münasibətilə akademik heyəti təbrik edib. Həmçinin professor-müəllim heyətinə bu prosesdə fəal iştiraklarına görə təşəkkürünü bildirib.

Elmi Şuranın gündəliyi elan edildikdən sonra universitetin Tədris şöbəsinin müdiri Leyla Əliyeva 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri haqqında təqdimatla çıxış edib. Bildirilib ki, imtahanlarda 1086 nəfər bakalavr, 60 nəfər SABAH qrupları üzrə olmaqla, ümumilikdə 1146 nəfər tələbə iştirak edib.

Sonra Keyfiyyətin təminatı və strateji inkişaf şöbəsinin müdiri Heydər Rzayev 2024/2025-ci tədris ilinin payız semestrində tədris fəaliyyətinin keyfiyyət monitorinqi nəticələri haqqında təqdimatla çıxış edib. Hesabatda fakültələr üzrə ən yüksək keyfiyyət göstəricisinin Humanitar və sosial elmlər fakültəsində, ən yüksək müvəffəqiyyət göstəricisinin isə Pedaqoji fakültədə olduğu vurğulanıb.

Rektor Şahin Bayramov hesabat məruzələri ətrafında ətraflı çıxış edib. O, ilk semestrin və imtahan sessiyasının hərtərəfli analizinin növbəti mərhələdə atılacaq addımları düzgün müəyyənləşdirməyə imkan verəcəyini diqqətə çatdırıb. Sədr imtahan sessiyasının nəticələrinin bütövlükdə məqbul olduğunu vurğulayaraq növbəti semestrdə əməkdaşların və tələbələrin təklifləri nəzərə alınmaqla tədrisin məzmun və forma baxımından daha da təkmilləşdiriləcəyini bildirib.

Ş.Bayramov ilk semestri tələbə əsaslı müasir universitet quruculuğu yolunda mühüm mərhələ kimi dəyərləndirib və növbəti mərhələdə tələbə gənclərin sosial fəaliyyətlərinin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Çıxışlardan və müzakirələrdən sonra hər iki məsələ barədə təqdim olunan hesabat Elmi Şura üzvləri tərəfindən təsdiq olunub.

Sonda bir neçə cari məsələ barədə müvafiq qərarlar qəbul olunub.

1 /4

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.