
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov hərbi xidmətdən qayıdan BANM tələbəsi Ramil Şükürovu Mühəndislik fakültəsinin dekan müavini vəzifəsinə təyin edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, rektor bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Böyük gələcək vəd edən daha bir BANM məzununu, müəllimini, bu günlərdə hərbi xidmətdən qayıdan Ramil Şükürovu Mühəndislik fakültəsinin dekan müavini təyin etdik", - deyə Elmar Qasımov yazıb.
Ramil Şükürov 2013-cü ildə DİM qəbul imtahanından 652 bal toplayaraq BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında bakalavr təhsili almaq hüququ qazanıb.
2018-ci ildə Ali Məktəbimizi fərqlənmə diplomu ilə bitirib və həmin ildə DİM-in imtahanından 150 üzərindən 140 bal toplayaraq BANM-in "Texniki sistemlərdə informatika və idarəetmə" ixtisası üzrə magistr pilləsində təhsil almaq imkanı qazanıb.
2 illik magistr təhsilini də fərqlənmə diplomu ilə bitirib.
Karyerasına magistr təhsili müddətində BANM-in Elektron tədris şöbəsində metodist vəzifəsində işə başlayıb.
Bir müddət sonra İnformasiya texnologiyaları kafedrasında müəllim olaraq fəaliyyətini davam etdirib.
Daha sonra baş müəllim vəzifəsinə təyin edilib.
2019-cu ildə Vaşinqton şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edib.
ICPC 2022/2023 - Azərbaycan regional yarışı; 1/4 final mərhələsi üzrə rəhbərlik etdiyi BHOS1 komandası qalib gələrək Gürcüstanda keçirilən yarımfinala vəsiqə qazanıb.
2022-ci ildə “TEKNOFEST” layihəsi çərçivəsində keçirilən “Həvəskar Peyk Modelləşdirilməsi” yarışında rəhbərlik etdiyi İstiqlal komandası 1-ci yerə layiq görülüb.
O, BANM-in doktoranturasında təhsilini davam etdirir, yaxın zamanlarda elmi müdafiəsinə hazırlaşır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər