Bütün xəbərlər
10 yanvar, 14:30

Glenn Domanın 1964-cü ildə ABŞ-də nəşr olunan “Övladınıza oxumağı necə öyrətməlisiniz” kitabı valideynlər arasında sensasiyaya səbəb olub. 

“Azərbaycan müəllimi” “Azərbaycan məktəbi”nə istinadla xəbər verir ki, on beş dilə tərcümə edilən və 5 milyondan çox tirajla nəşr edilən kitabda uşağa beşikdən başlayaraq oxumağı öyrətmək üçün sistem təqdim edilirdi. İxtisasca fizioterapevt alim olan müəllif beyin hüceyrələri xəstəliklərindən müalicə olunan yüzlərlə uşaq üzərində apardığı müşahidələrdən sonra bu kitabı yazmışdı.

ABŞ-dəki İnsan Potensialının İnkişafı İnstitutunun (Institutes for the Achievement of Human Potential, IAHP) mütəxəssisləri də son 50 ildə beyin hüceyrələri zədələnmiş uşaqlarla bağlı bir çox layihələr həyata keçiriblər. Problemin hərtərəfli araşdırılması nəticəsində məlum olub ki, sağlamlıq imkanları məhdud olan uşaqlar adi məktəbə gedir, özlərini tamamilə sağlam uşaqlar kimi aparır, hətta bəzən çox yüksək intellekt səviyyəsinə malik olurlar. Bunun əsas səbəblərindən biri bu uşaqların valideynlərinin onların zehni inkişafına hələ körpəlikdən xüsusi diqqət yetirməsi olub.

Glenn Domanın cəmiyyətdə əks-səda doğuran kitabından sonra başqa bir sual ortaya çıxıb: “Əgər uşağa körpəlik dövründən oxumağı aşılamaq mümkündürsə, bəs ona riyaziyyatı öyrətmək olarmı?”

Bir neçə il sonra G.Doman və komandası bu suala “Övladınıza riyaziyyatı necə öyrətməlisiniz” kitabı ilə cavab veriblər.

Müəlliflərin fikrincə, riyaziyyat nə qədər mürəkkəb bir fənn olsa da, uşaq beyni onu böyüklərin düşündüyündən daha asan və tez qavrayır. Domanın yanaşmasına görə, ilk altı ildə uşaq həyatının qalan hissəsindən daha çox şey öyrənə bilər. Təəssüf ki, bəzən böyüklər qeyri-ixtiyari olaraq onların öyrənmək azadlığını məhdudlaşdırırlar. Uşaqlar istisnasız olaraq bütün duyğu orqanları vasitəsi ilə öyrənirlər - görürlər, eşidirlər, hiss edirlər, qoxulayırlar və dadırlar. Onlar öz instinktlərinə tabe olurlar. Böyüklər isə onların hərəkətlərini məhdudlaşdırır, onları qorumağa çalışmaq duyğusu ilə çox vaxt öyrənmək imkanından məhrum edirlər.

Valideynlər uşağın sürünməsinə, müxtəlif əşyalara toxunmasına və ya onları sındırmasına icazə verməməklə, əslində, onların öyrənmə prosesini məhdudlaşdırdıqlarını başa düşmürlər. Bu, uşağın öyrənmək istəyinin çox yüksək olduğu bir dövrdür. Uşaq oxumağı, öyrənməyi həyatın ən əyləncəli oyunu kimi qəbul edir.

Doman təliminin əsas qaydaları belədir:

  1. Öyrənmə prosesi uşaq doğulduğu andan başlayır.
  2. Bütün uşaqlarda öyrənməyə anadangəlmə həvəs var.
  3. Uşaqlar yeməkdənsə, oxumağı üstün tuturlar.
  4. Uşaqlar oynamaqdansa, dərs oxumağa üstünlük verərlər.
  5. Uşaqlar indi böyümək istəyirlər.
  6. Uşaqlar öyrənməyin zəruri sağ qalma bacarığı olduğuna inanırlar.
  7. Onlar bu məsələdə tamamilə haqlıdırlar.
  8. Uşaqlar hər şey haqqında hər şeyi indi bilmək istəyirlər.
  9. Riyaziyyatı öyrənməyə dəyər.

G.Domanın yanaşmasına görə, uşaqlara kiçik yaşdan riyaziyyatın öyrədilməsinin çox vacib iki səbəbi var:

  • İnsan yer üzündə riyazi problemləri həll edə bilən yeganə canlıdır və o bununla gündəlik qarşılaşır.
  • Uşaq riyazi misalların mahiyyətini nə qədər tez başa düşsə, onun ümumi intellekt səviyyəsi bir o qədər sürətlə artır.

Kitab müəllifləri qeyd edir ki, “beyin heyrətamiz orqandır. O da bədənimizin əzələləri kimi məşq etdikcə daha mükəmməl çalışır. Bəziləri deyir ki, beyin verdiyimiz qədər məlumat ehtiva edir. Əslində belə deyil - beyin bütün həyatımız boyu verə bilmədiyimiz qədər məlumatı saxlamağa qadirdir”.

Doman riyaziyyatın insanı düşündürmək üçün əla vasitə olduğunu vurğulayır. Onun yanaşmasına görə:

  • Beş yaşına qədər uşaqlar böyük miqdarda məlumatı asanlıqla mənimsəyir, qəbul edir və yadda saxlayır.
  • Beş yaşından kiçik uşaqlar böyük enerjiyə malikdirlər, öyrənməyə böyük həvəsləri var, onlar oxumağı öyrənə bilər və öyrənmək istəyirlər.
  • Bütün azyaşlı uşaqların dil öyrənmə bacarığı var.
  • Beş yaşından əvvəl onlara şərait yaradılsa, bir neçə dili rahatlıqla öyrənə bilərlər.

Riyaziyyat həm də uşağın asanlıqla öyrənə biləcəyi bir dildir.

Böyüklər uşaqlardan öyrənmə materialına baxıb diqqətlərini ona cəmləmələrini və onu yadda saxlamalarını gözləyirlər. Halbuki onların buna ehtiyacı yoxdur; onlar məlumatı olduqca tez qavrayırlar. Öyrənmə prosesi başlayanda uşağın yeni məlumatları necə asanlıqla mənimsədiyinə təəccüblənəcəksiniz.

Müəllif qeyd edir ki, “öyrətmə prosesində ardıcıllıq çox vacibdir. Heç vaxt materialın mənimsənildiyini yoxlamaq üçün körpənizi sınamağa çalışmayın. Onlar imtahanı sevmirlər. Öyrənmə oyunları hər iki tərəfi məmnun etməlidir. Uşaq və ya valideyn yorğun və ya pis əhvali-ruhiyyədədirsə, prosesi bir müddət təxirə salmaq lazımdır. Uşağa məlumat vermək üçün sərf olunan vaxtın mümkün qədər qısa olmasına fikir verilməlidir. Məsələn, gündə iki və ya üç dəfə belə seanslar keçirmək olar, lakin hər birinin müddəti bir neçə saniyədən çox olmamalıdır. Oyun uşağın istəyinə görə dayandırılmalıdır”.

Glenn Domanın hazırladığı yanaşma sadə və inanılmaz dərəcədə səmərəlidir. Onun məqsədi uşağa rəqəmləri tanımağı və onların mahiyyətini anlamağı öyrətməkdir. Bu oyunlarda uşağa az qala körpəliyindən gündə bir neçə dəfə hər rəqəmə uyğun nöqtəli kartlar göstərilir. Bu ona mücərrəd ədədlər və maddi kəmiyyətlər anlayışlarını birləşdirməyi öyrədir. Nöqtələrdən rəqəm kartlarına, həndəsi nümunələrə və hətta cəbrə də keçid etmək olar.

Doman metodu aşağıdakı prinsiplərə əsaslanır:

  • Körpənin beyni çox böyük potensiala malikdir. Ona “təmiz” material, çılpaq faktlar verin, o zaman özü bu faktların işlədiyi qaydaları ortaya qoyacaq. O sıfırdan öyrənməyə başlayan balaca dahidir.
  • Tədris materialının formatı, materialın çatdırılma sürəti və gündəlik seansların sayı dərslərin başlandığı yaşdan asılıdır. Məsələn, yeni doğulmuş bir körpə üçün daha böyük kartlar hazırlamağa və birdən yeddiyə qədər rəqəmlərlə məhdudlaşmağa dəyər. Uşaq iməkləməyə və yeriməyə başlayanda məlumatı daha sürətli təqdim etmək və daha tez-tez yeniləmək lazımdır ki, cansıxıcı olmasın. Həmişə uşaq yorulmadan dayanmaq lazımdır.
  • Kiçik uşaqlar yeni biliklərə böyük maraq göstərirlər. İnanın ki, onlar oxumağı oynamaqdan və ya yeməkdən üstün tutacaqlar. Onlara bu fürsəti nə qədər tez versəniz, bir o qədər yaxşı nəticə alacaqsınız.
  • Övladınızın tədris materialını nə dərəcədə mənimsədiyini yoxlamaq istədiyiniz zaman onu sınaqdan keçirmək əvəzinə problemi müəyyənləşdirin və həllini təklif edin.

Körpəlikdən başlanan riyaziyyat dərsləri məntiqli düşünməyi öyrədir, söz ehtiyatını genişləndirir və hətta daha sürətli danışmağa kömək edir.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.