
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “SABAH.HUB” İnnovasiya Mərkəzinin “SABAH.academy” platforması çərçivəsində 2025-ci ilin ilk “University Demo Day” tədbiri keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, artıq 3-cü dəfə keçirilən tədbirdə "Sahibkarlığa Giriş" və "Əsas dizayn yanaşması ilə sahibkarlıq və yeni biznesin inkişafı" proqramlarının məzunları 16 biznes ideyasını təqdim edib. "Sahibkarlığa Giriş" proqramı Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində IE Business School ilə birgə hazırlanıb. "Əsas dizayn yanaşması ilə sahibkarlıq və yeni biznesin inkişafı" proqramı isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.
Bu komandalar aşağıdakı tərəfdaş universitetləri təmsil ediblər:
- Bakı Dövlət Universiteti;
- Azərbaycan Texniki Universiteti;
- Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qrupları;
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH qrupları;
- Bakı Ali Neft Məktəbi;
- Bakı Mühəndislik Universiteti;
- Sumqayıt Dövlət Universiteti.
Sonda 16 komanda arasından üçü qalib elan edilib:
1-ci yer - “Harmonic Hub” (Bakı Dövlət Universitet);
2-ci yer - “Rootect” (Bakı Ali Neft Məktəbi);
3-cü yer - “Piezodrive” (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti).
Qaliblər “SABAH.academy” tərəfindən mükafatlar və tədbirin əsas tərəfdaşları olan “DIV Academy” və “Fikir” ortaq iş məkanından təhsil təqaüdləri əldə ediblər.
Qeyd edək ki, tədbir gənc sahibkarların inkişafını dəstəkləmək və onların nailiyyətlərini tərəfdaşlara nümayiş etdirmək məqsədi daşıyır. Bu təşəbbüs yeni biznes ideyalarının formalaşmasına və Azərbaycan iqtisadiyyatına töhfə verməyə yönəlib.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər