Bütün xəbərlər
17 yanvar, 17:23

“Müəllim nə qədər maraqlı dərs keçsə də, telefonlar uşaqların diqqətini tamamilə dağıdır. Hətta bəzən şagirdlər gizlicə bir-birlərinə mesaj yazır, dərsdə çəkilmiş şəkilləri paylaşırlar. Təbii ki, bu da  təlim prosesini pozur”.

Bunu “Azərbaycan müəllimi”nə deyən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, “Şagird davranış qaydaları”na əsasən, telefon və digər ağıllı cihazlardan istifadənin qadağan olunması çox vacib və zamanında verilmiş qərardır. Çünki müasir dövrdə mobil telefonlar artıq ciddi problemə çevrilib: 

“Uşaqlarımızın təhlükəsizliyi bir valideyn olaraq, bizim üçün çox önəmlidir. Hər bir valideyn övladı ilə əlaqə saxlamaq istəyir. Amma şagirdlər mobil cihazlardan istifadə edərkən bir çox nüanslara diqqət yetirməlidirlər. Məktəb rəhbərliyi telefonu təhlükəsiz yerdə saxlasa və dərsdən sonra uşağa qaytarsa, həm valideynlər rahat olar, həm də dərs prosesi pozulmaz. Bu məsələdə valideynlərin də narahat olduğu məqamlar var. Onlar düşünürlər ki, bu proses uşaqların texnoloji inkişafdan geri qalmasına səbəb ola bilər. Təbii ki, bu, belə deyil. Əgər hər hansı bir dərsdə texnologiyadan istifadə lazımdırsa, müəllim bunu əvvəlcədən planlaşdırır və valideynləri bununla bağlı məlumatlandırır. Bu zaman cihazlardan nəzarətli şəkildə, konkret təlim məqsədləri üçün istifadə olunur”.

G.Əkbərovanın sözlərinə görə, beynəlxalq təcrübədə də məktəblərdə şagirdlərin mobil cihazlardan istifadəsi ilə bağlı məhdudiyyətlər tətbiq olunur:

“Finlandiya, Sinqapurda da oxşar qaydalar var. Çünki telefon asılılığı artıq qlobal problemə çevrilib. Bu aludəçilik uşaqları real ünsiyyətdən uzaqlaşdırır, sosial bacarıqlarını zəiflədir. Dərs zamanı telefona baxmaq vərdişi yaranır ki, bu da gələcəkdə onların iş həyatlarına mənfi təsir göstərə bilər". 

O əlavə olaraq qeyd edib ki, bu qaydanın tətbiqindən sonra müəllimlər arasında müsbət fikirlər formalaşıb: “Onlar bildirirlər ki, şagirdlər dərsə daha çox fokuslanır, sinif diskussiyalarında daha fəal iştirak edirlər. Bəzi şagirdlər hətta etiraf edirlər ki, telefon olmayanda dərsi daha yaxşı başa düşmək olur. Təbii ki, bu qaydanın uğurlu tətbiqi üçün əsas məsələ məktəb-valideyn əməkdaşlığıdır. Biz valideynlərlə mütəmadi görüşlər keçirir, onların narahatlıqlarını dinləyir və birgə həll yolları tapırıq. Çünki son məqsədimiz uşaqlarımızın daha yaxşı təhsil alması, hərtərəfli inkişafıdır”.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.