Bütün xəbərlər
21 aprel, 11:25

Zaman-zaman ölkəmizin fədakar müəllimlərindən söhbət açırıq. Belə təhsil fədailəri cəmiyyətin elmi inkişafında mühüm rol oynayır və gələcəyin qurucularını yetişdirirlər. 

Bu dəfə “Azərbaycan müəllimi” qəzeti sizi belə müəllimlərdən biri –   Qadir Dadaşovla tanış edir. 

Qadir Dadaşov 1991-ci ildə Sabirabad rayonunun Muradbəyli kəndində anadan olub. Həmin kənd məktəbini 2008-ci ildə bitirib. 2009–2013-cü illərdə Sumqayıt Dövlət Universitetində fizika ixtisası üzrə ali təhsil alıb. Hərbi xidmətdən sonra - 2015-ci ildə iştirak etdiyi müəllimlərin işə qəbulu (MİQ) imtahanında uğur qazanıb. 2015–2018-ci illərdə Qobustan rayonu R. Hüseynov adına ümumi orta məktəbdə çalışıb. 2019-cu ildə yerdəyişmə imtahanında yüksək bal toplayaraq Biləsuvar rayonunun Bağbanlar kənd tam orta məktəbində fəaliyyətə başlayıb.

“Fəaliyyətim dövründə 100-dən çox ali təhsilli həkim, hərbçi, müəllimin yetişməsində fizika və riyaziyyat fənlərindən dəstək olmuşam”, – deyir Qadir müəllim.

O bildirir ki, artıq həyatını Biləsuvarla bağlayıb:

“Artıq 8 ildir ki, Biləsuvarda pedaqoji fəaliyyətlə məşğulam. Bu müddətdə Biləsuvar şəhər 4 nömrəli, Zəhmətabad kənd tam orta məktəbində işləmişəm. 2023-cü ildən isə K. Ağayev adına Biləsuvar şəhər Texniki fənlər təmayüllü internat tipli məktəb-liseydə fizika müəllimi kimi fəaliyyət göstərirəm. 2020-ci ildə pandemiya dövründə təhsildən yayınmaların qarşısını aldığım üçün Biləsuvar rayon Təhsil Şöbəsi tərəfindən təşəkkürnamə ilə təltif olunmuşam.

2022–2023-cü tədris ilində iki şagirdim – Şakir Dövlətov və Aslan Dövlətli fizika fənni üzrə Respublika Fənn Müsabiqəsinin yarımfinalına yüksəlib. 2023–2024-cü tədris ilində isə Nuray Əliyeva, Nicat Misirli final turuna vəsiqə qazanıb. Quba və Şəmkirdə istedadlı şagirdlərlə işin təşkili üzrə təlimlərində iştirak etmişəm. Eyni zamanda, 8-ci qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Biləsuvar şagirdlərinin olimpiada hazırlığı” adlı layihəmin icrası davam edir. İnanıram ki, bu layihə də şagirdlərə müsbət təsir göstərəcək”.

“Fənnin tədrisində daha çox təcrübələrə, əyani vəsaitlərə üstünlük verirəm”

Müsahibim şagirdlərin fizikaya olan maraqları və bu marağı necə yaratması barədə də danışıb. Qeyd edib ki, şagirdlərdə əvvəlcə fənnə deyil, müəllim kimi özünə qarşı sevgi və inam hissi yaradır:

“Məktəb-liseydə 3 ildən artıqdır ki, olimpiada və fənn müsabiqələri üzrə hazırlıq mərkəzi yaradılıb. Burada fizika üzrə mən və Xəzər müəllim, digər fənlər üzrə isə ixtisas müəllimləri həvəslə fəaliyyət göstəririk. Düşünürük ki, gələcəkdə liseyimiz region üçün olimpiada mərkəzinə çevriləcək.

Fənnin tədrisində daha çox təcrübələrə, əyani vəsaitlərə üstünlük verirəm. “Fizika gündəlik həyatımızın ayrılmaz hissəsidir”,- deyirəm. Gündəlik həyatla, keçilən mövzularla bağlı rastlaşdıqları hadisələrə uyğun ev tapşırıqları verirəm. Şagirdləri bu suallara cavab tapmağa təşviq etmək üçün müxtəlif mükafatlar verirəm. Summativ qiymətləndirmədə 81–90 bal toplayanlara şəxsi təşəkkürüm, 91–100 bal toplayanlara isə təşəkkürnamə təqdim edirəm. Elə buna görə də bəzən şagirdlər bir bal üçün belə mübarizə aparırlar”.

Qadir müəllim dərslərin tədrisi zamanı tətbiq etdiyi yanaşmalardan da danışıb:

“Dərsdə tapşırıqların cavablarını şagirdlərin iştirakı ilə aparılan təcrübələr əsasında tapmaq yoluna üstünlük verirəm. Kitablarda verilən qanun və düsturları onların öz kəşfi kimi qiymətləndirir və bu yolla onlarda özünəinam hissini artırıram. Problemli suallara cavab tapmaqda çətinlik çəkdikdə onlara yaxın cavablar deyərək sinifdə müzakirə yaratmağa çalışıram. Mövzunu əhatə edən bütün tapşırıqları şagirdlərimə işlədirəm. Sinfin “WhatsApp” qrupuna şagirdlərin fəallığı ilə bağlı məlumatlar yazıram ki, valideynlər də övladlarının inkişaf səviyyəsini görə bilsinlər”.

1 /1

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.