Bütün xəbərlər
12 avqust, 12:51

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında məktəblilər üçün hazırlıq düşərgəsi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, düşərgədə Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlər iştirak ediblər.

Hazırlıq düşərgəsinin keçirilməsində əsas məqsəd Azərbaycan komandasının olimpiadaya hazırlıq prosesinin təkmilləşdirilməsi, iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, şagirdlərin teleskoplardan fərdi istifadə bacarıqlarının inkişaf etdirilməsidir.

Düşərgədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Bakı Dövlət Universitetinin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisləri ilə yanaşı xarici müəllimlər tərəfindən onlayn olaraq olimpiadaya hazırlıq dərsləri keçilib. Komandaya olimpiadanın mükafatçılarından Sinqapurun Nanyanq Texnoloji Universitetinin tələbəsi Vaqif Əliyev rəhbərlik edib.

Dərslərlə yanaşı, düşərgə iştirakçıları rəsədxananın teleskopları ilə tanış olublar. Onlara teleskopların iş prinsipi izah edilib və teleskoplarla aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib. Şagirdlər həmçinin gecə müşahidələrində də iştirak ediblər.

Qeyd edək ki, Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq düşərgəsi Şamaxı Astrofizika Rəsədxanasının və Tusi-Bohm Planetariumun dəstəyi ilə təşkil edilib. Komandanın XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təmin edilir.

Şərhlər

Xəbər lenti

12 avqust, 17:39

“Hər gün eyni yerdən keçirəm, amma hər dəfə yenidən sevirəm” – Laçında təhsil alanlar

12 avqust, 17:35

“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsinin icrasına başlanılıb

12 avqust, 17:09

Nurlan İsmayılbəyli: Texniki fənn müəllimlərinin tapılmasında çətinliklər var

12 avqust, 16:58

Nurlan İsmayılbəyli: Az saatlı vakant yerlər birləşdirilərək təqdim ediləcək

12 avqust, 16:32

Müalicə yollayışlarının necə faizini müraciət edən ödəyir? – RƏSMİ CAVAB

12 avqust, 15:24

Məktəbdə əlaçı, karatedə zirvədə – 11 yaşlı dünya çempionunun uğur hekayəsi 

12 avqust, 15:17

MİQ üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI

12 avqust, 15:01

Sanatoriya göndərişlərinə niyə imtina cavabı verilir?

12 avqust, 14:38

20 yaşlı azərbaycanlı gənclərin Amerikadakı uğuru böyük mesaj oldu!

12 avqust, 14:36

Qarabağ Universiteti VII Türkoloji “Yay məktəbi”nə ev sahibliyi edir

12 avqust, 14:14

Gələcəyin kodunu bu gün yazanlar – IOI qalibləri danışırlar

12 avqust, 14:04

Lənkəranda məktəbin tipinin dəyişdirilməsi ilə bağlı iddialara aydınlıq gətirildi

12 avqust, 13:51

125 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

12 avqust, 13:48

60 min nəfərə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

12 avqust, 13:44

Sertifikatlaşdırmanın müsahibə mərhələsi avqustun sonlarından başlayır – MÜTDA

12 avqust, 13:42

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvlərinin sayı açıqlanıb

12 avqust, 13:04

Bakı və Naftalanda yeni bağçalar fəaliyyətə başlayacaq

12 avqust, 12:53

Peşə təhsili almaq üçün müraciət edənlərin sayı dəfələrlə artıb – Ceyhun Kərəmov 

12 avqust, 12:43

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.