Bütün xəbərlər
12 avqust, 17:39

Ötən 5 il ərzində azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri sürətlə davam edir. Sakinlər mərhələli şəkildə öz doğma yurdlarına köçürülür, onlar üçün mümkün olan bütün şərait yaradılır.
Laçın rayonu da bərpa dövrünü yaşayan və öz sakinlərinə qucaq açan ərazilərimiz sırasındadır. Bu yerlərə mədəniyyət, təhsil, incəsənət yenidən qayıdır.
Burada fəaliyyətini bərpa edən müəssisələrdən biri də Laçın şəhəri 2 nömrəli tam orta məktəbdir. Hazırda bu məktəb 162 nəfər şagirdlə Laçında fəaliyyətini davam etdirir.

"Azərbaycan müəllimi" adıçəkilən məktəbin bir neçə şagirdi ilə həmsöhbət olub.

Yurd havası, yenilənən Laçın

Bu yerlərin doğmalığı, illərin həsrətini boğmağa çalışan havası əsrarəngizdir. Burada yenilənən Laçınla böyüyən uşaqlar, ömrünün qoca çağlarını doğma yurdda keçirdiyi üçün sevincini gündə dəfələrlə dilə gətirən sakinlər tanımasalar da, bizi qonaqpərvərliklə qarşılayırlar. 
Sakinlərin ürək sözlərini dinləyirəm, vaxt tapıb gedəcəyim ünvanı da soruşuram.
“Maşınla getməyin, buranın havası başqadır”, - deyən sakinlərlə razılaşıram.

Paytaxtda fərqli məkanlarda yaşayan, müxtəlif məktəblərdə təhsil alan məktəbliləri birləşdirən yerə – Laçın şəhər 2 nömrəli tam orta məktəbə çatırıq.
Düzdür, tətil zamanıdır, amma uşaqlarla məhz burada görüşmək istədik.

“Birinci sən başla... Yox, birinci Nigar danışsın”, – deyən şagirdlər öz aralarında götür-qoy edirlər. Elə ilk olaraq Nigarla söhbətə başlayıram.

Doğma torpaqda təhsil

Nigar İsgəndərova Laçın şəhəri 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Məcburi köçkünlük dövründə Bakıda 248 nömrəli tam orta məktəbdə təhsil alıb:

“Doğma torpaqda təhsil almaq olduqca qürurvericidir. Hər səhər məktəbə gedəndə içimdə qəribə bir sevgi olur. Çünki evimizdəyik, bizə aid olan yerdəyik. Burada müəllimlər bizi öz övladları kimi sevir, qoruyur, dəstək olur. Onlar bizim Laçının inkişafında böyük rol oynayacağımıza inanırlar. Əvvəl təhsil aldığım məktəbdə də sevdiyim müəllimlərim, sinif yoldaşlarım var idi. Amma heç nə insanın öz yurdu qədər doğma hiss etdirə bilməz. Şagird kimi bir çox uğurlarım, birinciliklərim olub. İdmanı da sevirəm, voleybol və basketbol yarışlarında iştirak etmişəm. Yay tətilimi isə 11-ci sinif imtahanlarına hazırlaşaraq keçirirəm”.

Laçınla böyüyən uşaqlıq

9-cu sinif imtahanlarını yekunlaşdırıb rahat nəfəs aldığını deyən İsa Bayramlı da eyni məktəbdə oxuyur. Bir az dəcəl olduğunu özü də etiraf edir. O, uşaqlığının bir hissəsini doğma yurdunda keçirdiyinə də çox sevinir.


Bakıda təhsil alıb, Laçına köçürülən və burada təhsilini davam etdirən digər məktəbli 9-cu sinif şagirdi Fuad Xəlilovdur. Fuad əvvəllər rus bölməsində təhsil aldığını, Laçına gəldikdən sonra isə Azərbaycan bölməsində təhsilini davam etdirdiyini bildirir:
“2023-cü ildə buraya köçmüşük. Laçını, yaşadığım duyğuları, hissləri izah etmək mümkün deyil. Bunun üçün gərək gəlib buranı görəsən, hiss edəsən. Bölmə dəyişdiyim üçün müəyyən çətinliklər yaşadım. Valideyn və müəllimlərimin sayəsində məktəbdəki əlaçılığımı qoruyub saxladım. Dərslərimlə bərabər idmana, xüsusilə futbola marağım var. Yarışlara qatılıram, demək olar ki, bütün yarışlarda iştirak edirəm”.

Bu uşaqlar doğrudan da Laçını ən saf, ən təmiz sözlərlə anlatmağa, sevgilərini göstərməyə çalışırlar. Sevgilərinə hansısa bəzəkli ifadəni qatmadan…

“Mən Laçını çox sevirəm”

Laçına ilk köçən sakinlərdən biri də İlknur Əkbərovadır. O da Bakıdakı 244 nömrəli məktəbdə rus bölməsində təhsil alıb:
“Buraya köçəndən sonra Azərbaycan bölməsində təhsilimi davam etdirirəm. 8-ci sinifdə oxuyuram. Çox çətin bir mərhələ keçdim. İlk vaxtlar oxumaq, oxuduğumu anlamaq olduqca çətin idi. Çətinliklə də olsa, qiymətlərimi normallaşdırıb dərslərə davam etdim. Məktəbimizdə təşkil olunan yarışlarda iştirak edirəm. Yer tutduqca daha da həvəslənirəm. Bilirsiniz, burada yaşamaq, buraya qayıtmaq və onun yenidən qurulmasının şahidi olmaq fərqli hissdir. Mən Laçını çox sevirəm. Laçında yaşadığım üçün çox şadam”.

Hər çətinliyə qalib gələn yurd sevgisi

“Mən Laçını çox sevirəm” cümləsi nə qədər saf, təmiz gəncliyin, gəncliyimizin varlığı deməkdir.
Əvvəldən öyrəşdiyi insanlardan ayrılmağın çətin olduğunu deyən şagirdlərdən biri də Ülkər Əliyevadır. Ülkər bildirir ki, 2023-cü ilin may ayından Laçında yaşayır:

“Abşeron rayonu Əfqan Qardaşov adına Pirəkəşkül tam orta məktəbdə təhsil almışam. Hazırda Laçın şəhəri 2 nömrəli tam orta məktəbin 11-ci sinifində oxuyuram. Tətili burada keçirməkdən zövq alıram. Düzdür, orada öyrəşdiyim insanlardan ayrılmaq çətin oldu, ancaq doğma yurd bütün bu çətinliklərin öhdəsindən gəldi”.

Ata yurdlarında olduqlarını deyən Hacıvaqif VəliyevTunar Elxanlı Laçının yeni sakinlərindəndir. Hacıvaqif 7, Tunar isə 9-cu sinifdə oxuyur. Bu uşaqlar fərqli məkanlarda böyümüş olsalar da, bir-birilərinə çox doğmadırlar, bir-birlərinə dəstəkdirlər.

O qədər həvəslidirlər ki, hər yeri göstərməyə, haqqında danışmağa tələsirlər. Özlərinin dediyi kimi, hər gün eyni yerdən keçirlər, amma hər dəfə də fərqli məqamlar kəşf edirlər.

Şərhlər

Xəbər lenti

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.