
Gənclər təhsildə beynəlxalq standartlar üzrə Azərbaycan bayrağını Amerikada yüksəltdilər.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Baku Design Academy”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Yaradıcı Sənayelər Mərkəzinin dəstəyi ilə ABŞ-də keçirilən Dünya Dizayn Çempionatı (Adobe World Championship) kimi qlobal yarışda ilk dəfə gənclərimiz Azərbaycan bayrağı ilə iştirak ediblər.
450 nəfərin qatıldığı layihə sayəsində 50 Azərbaycan gənci beynəlxalq dizayn sertifikatı qazanıb.
Ən yüksək nəticə göstərən 3 gənc dizayner – Leyla Bağırzadə, Leyla Novruzova və Şəbnəm Həşimli Azərbaycanı ABŞ-də təmsil edib. Bu uğur ölkəmizdə beynəlxalq standartlara uyğun dizayn təhsili və sertifikatlaşma sisteminin formalaşdığının bariz nümunəsidir.
“Baku Design Academy” Azərbaycanda beynəlxalq standartlara uyğun təhsil verən bir müəssisə kimi yerli kadrların qlobal təcrübə qazanması üçün onların beynəlxalq tədbirlərdə iştirakını təmin edir və azərbaycanlı gənclərin təhsil sahəsindəki yarışlardan ölkəyə uğurlu nəticələr gətirməsində mühüm iştirakçıdır.
Daha öncə də BDA-nın adını Qarabağ Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti müəllimlərinə beynəlxalq dərəcəli pedaqoq adını qazandıran, həmçinin məktəb müəllimlərinin MCE sertifikasiyası və s. kimi layihələrdə eşitmişik.
“Adobe”, “Microsoft”, “Meta”, “Autodesk” və onlarla bu kimi nəhəng şirkətin təlim və sertifikasiyasını həyata keçirən “Certiport Pearson VUE” şirkətinin ölkəmizdəki rəsmi distribütoru “Baku Design Academy”dir. Artıq beynəlxalq sertifikatlar əldə etmək üçün Azərbaycan hər bir imkana sahibdir.
Şirkətin rəhbəri Aysel Gülməmmədova öz “LinkedIn” hesabında bunun sadəcə bir yarış yox, mesaj olduğunu vurğuladı.
1. Bu Azərbaycandan dünyaya mesajdır:
Bizim gənclərimiz istedadlı, hazırlıqlı və yüksək potensiallıdır.
2. Minlərlə gəncə mesajdır: Beynəlxalq arenada uğur mümkündür. İnanan və çalışan hər bir gənc bunu bacara bilər.
3 qalibin də məhz qadın olması da xüsusi bir mesajdır:
Bu, qadınların dizayn və texnologiya sahəsində artan rolunun parlaq sübutudur. Onlar təkcə yarışmanı deyil, stereotipləri də aşaraq yeni nəsil qadın liderlərin yolunu işıqlandırdılar.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər