Bütün xəbərlər
13 avqust, 16:43

Elm və təhsil naziri Emin Əmrullayevin əmri əsasında qızıl nişanla təltif edilən ümumi təhsil müəssisələrinin builki məzunları arasında Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin (FRİTL) yetirmələri də var. Bu liseyin qızıl nişan alan məzunları təkcə akademik bilikləri ilə deyil, həm də fənn olimpiadalarında qazandıqları uğurları, məqsədlərinə çatmaq üçün planlı və davamlı çalışmaları ilə fərqləniblər.

“Azərbaycan müəllimi” nümunəvi gənclərin təəssüratlarını, təhsil yolundakı əzmlərini və həmyaşlarına verdikləri dəyərli tövsiyələri öyrənib.

“Özünüzə inanın və xəyallarınız üçün çalışmağa davam edin!”
FRİTL-in uğurlu məzunlarından olan Fəxriyyə Hüseynzadə hələ 9-cu sinifdə oxuyarkən biologiya üzrə Respublika Fənn Olimpiadasında bürünc medal qazanıb. 11-ci sinif buraxılış imtahanında 290, blok imtahanında 362 bal toplayıb. Qızıl nişanla təltif olunmaq onun üçün həm mükafat, həm də məsuliyyət simvoludur. “Qızıl nişana layiq görülənlər arasında adımı görəndə əməyimin dəyər qazandığını hiss etdim”, – deyə Fəxriyyə bildirir.

Motivasiyasını itirmədən çalışaraq çətinliklərin öhdəsindən gəlib. Əsas gücü intizam və davamlılıq olub. Ən sevdiyi fənn isə riyaziyyatdır: “Riyaziyyat səbir tələb edir, bu məni cəlb edir”. 

Asudə vaxtlarını bədii ədəbiyyat oxumağa və musiqi dinləməyə sərf edir. O, Azərbaycan Tibb Universitetində təhsil almaq istəyir. Yaşıdlarına mesajı isə belədir: “Özünüzə inanın və xəyallarınız üçün çalışmağa davam edin!”

“Qızıl nişan zəhmətimin qiyməti və məsuliyyətimin simvoludur”

FRİTL-in digər məzunu Ayxan Ələkbərov iki dəfə informatika üzrə RFO-nun bürünc medalını qazanıb. Bu il buraxılış imtahanında 281 bal toplayıb. “Qızıl nişan alacağımı gözləyirdim, amma adımı siyahıda görəndə yenə də sevindim”, – deyir Ayxan. 

Onun fikrincə, nizam-intizam uğurun əsas açarıdır. Ən çox maraqlandığı sahələr isə riyaziyyat və informatikadır. Qızıl nişanı çəkdiyi zəhmətin qiyməti və məsuliyyətinin simvolu kimi dəyərləndirir. Boş vaxtlarını idmana və ailəsinə sərf edir. Ali təhsilini BANM və ya ADA Universitetində İT sahəsi üzrə davam etdirməyi planlaşdırır. Həmyaşlarına tövsiyəsi də var: “Arzularınız üçün əzmlə çalışın və daim özünüzü inkişaf etdirin”.

“Arzum həkim olmaqdır”

FRİTL-in digər nümunəvi məzunu Gülçin İsrafilovadır. Qızıl nişanlı Gülçin çətinliklərə baxmayaraq, motivasiyasını qoruyub, testləri imtahan şəraitində işləyərək vaxtını idarə etməyi öyrənib.

“Uğurun açarını istedad, zəhmət və nizam-intizamın vəhdəti hesab edirəm. Uşaqlıqdan biologiyaya marağım olub. Arzum həkim olmaqdır”, – deyən Gülçin qızıl nişanı uzun illər çəkdiyi zəhmətin rəmzi hesab edir. Həmyaşlarına tövsiyəsi belədir: “Hansı sahədə olmağınızdan asılı olmayaraq, özünüzə inanın və məqsədinizdən vaz keçməyin”.

“Gələcəyin əsas sahələrindən biri olduğunu düşündüyüm üçün informatikaya xüsusi marağım var”

FRİTL-in məzunu Leyla Hacızadə isə texnologiya və süni intellekt sahəsindəki böyük hədəfləri ilə seçilən gənclərimizdəndir. Leyla bu il buraxılış imtahanından 297,5 bal toplayıb və həm məktəbdəki uğurları, həm də fənn olimpiadalarında qazandığı medallarla diqqət çəkib. “Əziyyətlərimin qarşılığını aldığım, valideyn və müəllimlərimi qürurlandırdığım üçün çox sevindim”, – deyir Leyla. Onun uğur tarixçəsində sadəcə istedad deyil, əmək, nizam-intizam və məqsədyönlülük əsas rol oynayıb. İnformatika fənni üzrə müxtəlif yarışlarda iştirak edən Leyla 2023-cü ildə RFO-da gümüş medal qazanıb, həmçinin Avropa Qızlar İnformatika Olimpiadasında ölkəmizi bir neçə dəfə təmsil edib.

“Ən sevdiyim fənlər informatika və riyaziyyatdır. Məsələlər üzərində düşünmək və onları müxtəlif üsullarla həll edə bilmək mənə zövq verir. Gələcəyin əsas sahələrindən biri olduğunu düşündüyüm üçün informatikaya xüsusi marağım var”, – deyir o.

Leyla hər gün planlı şəkildə dərslərinə vaxt ayırıb. Zəif tərəflərini müəyyən edib və onların üzərində xüsusi çalışıb. Çalışma və istirahət balansını qoruyaraq daha məhsuldar nəticələrə nail olub. “Bəzən çox yorulurdum, amma hər dəfə qarşıma qoyduğum məqsədimi xatırlayırdım. Bu düşüncə məni həmişə irəli aparırdı”, – deyə o əlavə edir.

Qızıl nişan onun üçün sadəcə mükafat deyil, həm də gələcəyə daşıdığı məsuliyyətin rəmzidir: “Bu nişanı daşımaq mənə daha çox çalışmaq və cəmiyyətə faydalı olmaq üçün əlavə motivasiya verir”.

Artıq növbəti məqsədlərinə doğru yola çıxan, təhsilini süni intellekt və kompüter elmləri sahəsində davam etdirmək istəyən gəncimiz texnologiya vasitəsilə innovativ layihələr həyata keçirməyi, insanlara faydalı olmağı düşünür. Sonda isə öz yaşıdlarına belə səslənir: “Məqsədlərinizdən heç vaxt vaz keçməyin. Yorulacaqsınız, bəzən dayanmaq istəyəcəksiniz. Amma davamlı zəhmət və özünüzə inam sizi mütləq uğura aparacaq”.

“Ən vacibi elektron vasitələrdən uzaq durmaqdır”

FRİTL-in daha bir məzunu Tunay İsgəndərov buraxılış imtahanından 287,3 bal toplayıb, təhsilini tibb sahəsi üzrə davam etdirmək istəyir. Böyük arzusu həkim kimi tibdə yeniliklər etmək və bu kəşfləri insanların sağlamlığı üçün tətbiq etməkdir.

“Bu yolda məni irəli aparan əsas motivasiya həkimliyə və biologiyaya olan marağım oldu”, – deyə o bildirir. 
Lakin yol heç də həmişə asan olmayıb: bəzən sınaq imtahanları istədiyi kimi keçməyib, sağlamlıq problemləri ilə üzləşib. Buna baxmayaraq, məqsədinə olan inam çətinlikləri dəf etməyə kömək edib.


Tunay gündəlik dərs rejimini orta hesabla 5 saatlıq çalışma ilə təşkil edib. Onun fikrincə, uğura çatmaq üçün zəhmət mütləqdir, lakin istedad da mühüm rol oynayır.
Abituriyentlərə tövsiyəsi isə belədir: “Ən vacibi mobil telefonlardan uzaq durmaqdır. Bu, ən böyük zəifliyim idi və məni çox geri saldı”.

“Riyaziyyat müəllimimin oyatdığı həvəs iki medal qazanmağımla nəticələndi”

FRİTL-in məzunu Nəsrəddin Rüstəmov da qızıl nişançılardandır. O həm də riyaziyyat fənni üzrə RFO-da 1 gümüş və 1 bürünc medal qazanıb. Hazırda riyazi biliklərini daha da inkişaf etdirmək üçün səylə çalışır: “Riyaziyyat müəllimimin məndə oyatdığı həvəs bu yolda iki medal qazanmağımla nəticələndi”, – deyə Nəsrəddin vurğulayır.

Onun uğurunun sirri dayanmadan, sistemli şəkildə çalışmaqdır. Nəsrəddin düşünür ki, qarşıya qoyulan məqsədə çatmaq üçün üç əsas şərtin olması mütləqdir: inam, zəhmət və sistemli iş. Riyaziyyatı “bütün elmlərin şahı” hesab edən Nəsrəddin bu fənni çox sevdiyini bildirir. Onun fikrincə, riyazi biliklər gələcəkdə ona yeni uğurlar qazandıracaq: “Qızıl nişan mənim gələcək uğurlarımın açarı olacaq”, – deyə gənc məzun əlavə edir.

Asudə vaxtlarında əsasən idmanla məşğul olan Nəsrəddin ali təhsilini Bakı Ali Neft Məktəbinin (BANM) Kompüter elmləri fakültəsində davam etdirəcək. Gələcəkdə isə riyazi biliklərini tətbiq edərək innovativ layihələrdə iştirak etməyi və yeni kəşflərə imza atmağı planlaşdırır.

“Bu nişan mənə göstərir ki, qarşıda daha çox çalışmalıyam”

Gəncə şəhəri FRİTL-in qızıl nişana layiq görülən Ayan Kərimova uğurunu valideynləri və müəllimlərinin etimadını doğrultmaq kimi dəyərləndirir və bu hissin ona qürur verdiyini deyir. Ayan düşünür ki, bütün gözəl nəticələr zəhmət və intizamla qazanılır. Ən sevdiyi fənn informatikadır, çünki bu fənn həm məntiqi düşüncəni gücləndirir, həm də yaradıcı həll bacarıqları qazandırır. Ayan gələcəkdə proqram təminatı mühəndisliyi üzrə təhsil almağı planlaşdırır.

Film izləməyi, rəsm çəkməyi və dostları ilə vaxt keçirməyi sevən Ayan qızıl nişanı sadəcə bir mükafat yox, həm də etimad və məsuliyyət rəmzi kimi qəbul edir: “Bu nişan mənə göstərir ki, qarşıda daha çox çalışmalıyam”.

O, yaşıdlarına ümidli mesaj verməyi də unutmur: “Əzmlə, iradə ilə çalışsanız, bütün çətinliklər sizi sabaha aparacaq”.

“Bir çoxları oyunların vaxt itkisi olduğunu düşünsə də, mən bu fikirlə razı deyiləm”

Qızıl nişana layiq görülən Alim Hacıyev də informatika fənni üzrə RFO-nun 2 gümüş medalçısıdır. Alim üçün medallar sadəcə nailiyyət deyil, illərlə səylə çalışmasının bəhrəsidir. 

Onun informatika sahəsinə olan marağı videooyunlarla başlayıb. Yaş artdıqca bu həvəsini daha dərindən araşdıraraq riyazi məntiq və proqramlaşdırma istiqamətinə yönəldib. 

Şərhlər

Xəbər lenti

14 avqust, 17:46

Alternativ enerji qurğu və avadanlıqları ilə işləyəcək 9 nəfərdən ibarət ilk qrup dövlət nümunəli sertifikat aldı 

14 avqust, 17:20

SABAH qruplarına müəllimlərin işə qəbulu davam edir

14 avqust, 17:14

MİQ müsabiqəsinin müsahibə mövzuları AÇIQLANIB

14 avqust, 17:13

Qısamüddətli peşə təlimi keçən müdavimlərlə görüş keçirilib

14 avqust, 17:07

“Google” Oklahomada təhsil sahəsinə 9 milyard dollar sərmayə qoyacaq

14 avqust, 16:58

347 gənc Böyük Britaniyada dövlət hesabına təhsil alacaq

14 avqust, 16:43

Tərbiyəçi-müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya komissiyası fəaliyyətə başlayacaq

14 avqust, 16:39

Xarici dil üzrə fəlsəfə doktoru imtahanından uğurla keçənlərə şəhadətnamələr verilir

14 avqust, 16:12

Azərbaycanlı tələbələr Latviyada təqaüdlə təhsil alacaqlar

14 avqust, 14:17

MÜTDA: “Rəqəmsal məktəb” platformasının nəticələri təhlil edilir

14 avqust, 13:51

Azərbaycanlı alimin rəhbərlik etdiyi komanda yarım milyon dollarlıq qrant aldı

14 avqust, 13:48

Dünyada və Azərbaycanda illik dərs günlərinin sayı nə qədərdir? – ARAŞDIRMA

14 avqust, 13:36

Yeniyetmə və gənclər yarışda: Robot sistemləri dizayn edirlər

14 avqust, 13:27

SABAH qruplarında oxumaq istəyənlər ixtisas seçimində bunu qeyd etməlidirlərmi?

14 avqust, 13:11

Azərbaycanla Özbəkistan arasında elm, peşə və ali təhsil sahələrində əməkdaşlığa dair saziş təsdiqləndi – FƏRMAN

14 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

14 avqust, 12:13

1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb

14 avqust, 12:05

“Harvard, Stanford, Oksford...” – Nüfuzlu universitetlərdə təhsil alacaq gənclərlə görüş 

14 avqust, 11:23

Musiqi təhsili savadlılığı necə inkişaf etdirə bilər?

14 avqust, 11:21

Ən çox elmi dərəcə filologiya sahəsində verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.