Bütün xəbərlər
14 avqust, 10:54

ETN Zoologiya İnstitutunun baş direktoru a.e.d., dosent Ələddin Eyvazov, Parazitologiya laboratoriyasının b.e.d., dosent Əli Nəsirov və b.ü.f.d., dosent Fuad Rzayevin həmmüəlliflikləri ilə “Web of Science” və “Scopus” bazalarında indekslənən və Q1 kvartelli nüfuzlu “Elsevier” nəşriyyat evi tərəfindən dərc edilən “Veterinary Parasitology” jurnalında “Ultrastructural characterization of bioaccumulation and migration of Ag nanoparticles in host-parasite organisms” adlı məqalə nəşr olunub.

İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, son illərdə metal nanohissəciklərinin biologiya və tibb sahəsində istifadə olunması geniş vüsət alıb. Bununla yanaşı, nanotexnologiyaların inkişaf etdiyi bir dövrdə ekosistemin müxtəlif komponentlərində nanohissəciklərin bioakkumulyasiyası və miqrasiyasının, onların canlı orqanizmlərdə yaratdığı müxtəlif dərəcəli patologiyaların öyrənilməsi vacib məsələlərdən hesab olunur. Hazırkı məqalədə nanohissəciklərin ev qazlarında və onların parazitlərində in vivo şəraitində bioakkumulyasiyası və miqrasiyası işıq və elektron mikroskopik üsulların köməkliyi ilə tədqiq edilib. Gümüş nanohissəciklər (AgNPs) H. dispar nematodu ilə yoluxmuş quşlara 100μg/ml konsentrasiyada tətbiq edilib. Müəyyən olunub ki, AgNP-lərin sərbəst vəziyyətdə ölçüləri 9,03-23,82 nm (13,88±0,48nm), parazit orqanizmdə isə 14 nm, quşlarda isə 13 nm-dən artıq deyildir. Nanohissəciklər helmintin orqanizmində ciddi patoloji dəyişikliklər yaratmaqla onun məhvinə səbəb olub. AgNP təsiri nəticəsində sahibin bağırsaq, qaraciyər və eninəzolaqlı əzələlərində ultrastruktur səviyyədə dəyişikliklər müşahidə edilib. Hissəciklər qazın bağırsaqlarının selikaltı qatında olan damarların mənfəzində yerləşən eritrositlərin sitoplazmasına daxil olmaqla qaraciyər və eninəzolaqlı əzələlərə doğru miqrasiya etməklə orada toplanıblar. Alınan nəticələr əsasən, hazırlanan yeni antihelmint preparatlarının nanohissəciklər vasitəsilə daşınmasında istifadə oluna bilər.

1 /1

Şərhlər

Xəbər lenti

16 sentyabr, 11:19

Təhsil xərclərinə ayrılan vəsait artırılıb

16 sentyabr, 11:00

“Aşağı siniflərdəki tarix dərsliklərinin dilini əsaslı şəkildə sadələşdirməliyik” – Vəfa Yaqubu

16 sentyabr, 11:00

Qələbəni şəhid və qazilərimizə həsr etdik - Baş məşqçi

16 sentyabr, 10:36

Müəllimlər vahid geyimdə dərsə başladılar

16 sentyabr, 10:25

Vəfa Yaqublu: “Artıq şagirdin gündəliyinə də ehtiyac qalmayacaq” 

16 sentyabr, 10:24

AzMİU və Atatürk Universitetinin birgə təşəbbüsü ilə qlobal dialoq qurulub

16 sentyabr, 10:18

Zərdabda müəllimin məktəbə yola düşən 6 övladı – FOTO

16 sentyabr, 10:07

Rektor: Bu il universitetdə əcnəbi tələbə qəbulunun coğrafiyası genişlənib

16 sentyabr, 09:56

Minimal bal toplaya bilməyən məzunun diplomuna görə universitet məsuliyyət daşıyır – Nazir

16 sentyabr, 09:55

MÜTDA: İş dəftərlərinin alınması heç bir halda məcburi xarakter daşımamalıdır

16 sentyabr, 09:51

Peşə təhsilində təhsilalanların köçürülməsi başlayıb

16 sentyabr, 09:50

Nazir: Böyük Qayıdış çərçivəsində fəaliyyət göstərən məktəblərdə hazırda müəllim çatışmazlığı yoxdur

16 sentyabr, 09:42

Emin Əmrullayev: Şagird sıxlığını azaltmaq üçün yeni məktəblər açılır, resursların istifadəsi optimallaşdırılır

16 sentyabr, 09:37

"Azad edilmiş ərazilərdə məktəblərin bərpası və köçkün məktəblərinin inteqrasiyası planlı şəkildə aparılır" - Nazir

16 sentyabr, 09:30

Nazir: Qarabağ Universiteti Xankəndidə elmi-tədqiqat və tələbə potensialını gücləndirir

16 sentyabr, 09:29

Müəllimlərin maaşlarına əlavələr edilməyə başlanılıb

16 sentyabr, 09:23

Direktorların işə qəbulu qaydalarının detalları AÇIQLANIB

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.