
“Diplom verən ali təhsil müəssisəsi məzunun bilik səviyyəsinə görə məsuliyyət daşıyır”.
"Azərbaycan müəllimi" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında ali təhsil müəssisələrinin məsuliyyətinə diqqət çəkib:
“Əgər ölkədəki ali təhsil müəssisəsinin pedaqoji fakültəsini bitirən şəxs müəllimlərin işə qəbulu (MİQ) imtahanında heç olmasa minimal bal toplamırsa, sual yaranır: o diplomu verən müəssisə məsuliyyət daşıyır, ya yox? Bəzi hallarda universitetlərdə diplomlar sadəcə olaraq bəzən mərhəmət hissi ilə, kimləsə üz-üzə gəlməmək, hay-küylə üzləşməmək üçün verilir. Sonra həmin məzun minimal bal toplamadıqda bunun məsuliyyəti həmin ali təhsil müəssisəsinin üzərinə düşür. Bunu ört-basdır etmək düzgün deyil”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər