
“Direktorların işə qəbulu üzrə yeni qaydaların əsas mahiyyəti namizədlərin sertifikatlaşdırma nəticələrinin prioritet meyar kimi nəzərə alınmasıdır. Bu mərhələdə ayrıca test imtahanı nəzərdə tutulmayıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Real TV-nin efirində yayımlanan “Real İntervyu” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov direktorların işə qəbulu ilə bağlı tətbiq ediləcək yeni mexanizm barəsində danışarkən bildirib.
Onun sözlərinə görə, yalnız müəllimlərin və pedaqoji heyətin əvvəlki sertifikasiya nəticələri qiymətləndiriləcək.
Eşqi Bağırov qeyd edib ki, məktəblər iki kateqoriyaya ayrılacaq:
“500 şagirdə qədər olan məktəblərdə ərazi prinsipi tətbiq ediləcək, vakant yerlərə həmin məktəbin hazırkı direktor müavinləri və müəllimləri arasından sertifikasiya balı 42 və yuxarı olan namizədlər cəlb ediləcək.
500-dən çox şagirdi olan məktəblərdə direktor vəzifəsi əvvəlcə rotasiya yolu ilə mövcud direktorlar üçün tətbiq ediləcək, daha sonra direktor müavinləri və müəllimlər arasında seçim aparılacaq”.
O bildirib ki, yeni qaydaların əsas məqsədi təcrübəli və yüksək nəticə göstərmiş pedaqoqların rəhbər vəzifələrə cəlb edilməsidir. Növbəti həftə ərzində vakant yerlərin elan olunacağı və namizədlərin seçim prosesinə başlaya biləcəyi gözlənilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər