
“Bizdə akademik dildə yazmaq mədəniyyəti daha çox inkişaf edib, amma dərslik yazmaq məsələsində bir qədər geridə qalırıq. Uşağın yaş xüsusiyyətindən irəli gələrək izah olunacaq məqamları sadələşdirməyi öyrənməliyik”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Günə davam” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu səsləndirib.
O bildirib ki, bizdə tarix dərsləri konsentrik formada tədris olunur: “Azərbaycan tarixi” fənni ilk dəfə 5-ci sinifdə qısa hekayələr şəklində tədris edilir. Bu sinifdə istifadə olunan dil daha sadə və şagirdin başa düşəcəyi səviyyədə olmalıdır. 6-9-cu siniflərdə şagirdlər Azərbaycan tarixini yenidən – qədim dövrdən müasir dövrədək öyrənirlər. Tam orta təhsil səviyyəsində isə tarix fənni üçüncü dəfə, daha geniş və dərinləşdirilmiş şəkildə tədris olunur. Bu baxımdan, xüsusilə aşağı siniflərdə istifadə olunan tarix dərsliklərinin dilini əsaslı şəkildə sadələşdirməliyik”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər