Bütün xəbərlər
16 sentyabr, 09:37

“İşğaldan azad edilmiş ərazilərdə təhsil proseslərində, əsasən, məktəblərin yenidən qurulması istiqamətində işlər aparılır. Mətbuatdan izləyən insanlar, əsasən, prosesin “üst tərəfini” görür, lakin arxasında kifayət qədər ciddi iş aparılır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri AzTV-nin “Hədəf” proqramının qonağı olan elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.

O bildirib ki, regional strukturlar, xüsusilə müəllimlər və digər əməkdaşlar bu işlərin icrasında fəal iştirak edirlər. Nazir vurğulayıb ki, bu proses bir gündə başa çatmır və plana uyğun olaraq binalar, evlər və digər infrastruktur layihələri mərhələli şəkildə həyata keçirilir.

Emin Əmrullayev qeyd edib ki, Ağdam, Şuşa, Xankəndi və digər bölgələrdə müvafiq qurumlarla birlikdə müəllimlərin mənzil təminatı və iş yerləri təmin edilir. Geri qayıdan müəllimlər dərhal müvafiq qruplara daxil edilir və onların mənzil və iş məsələləri həll olunur.

Nazir əlavə edib ki, məcburi köçkün məktəblərinin bəziləri digər məktəblərin daxilində fəaliyyət göstərdiyi üçün bu məktəblərin yenidən inteqrasiyası və yerli məktəblərlə uyğunlaşdırılması prioritetdir. Məqsəd qayıdış olan işğaldan azad edilmiş ərazilərdə müəllimlərin və şagirdlərin təhsil prosesinə fasiləsiz qoşulmasını təmin etməkdir.

Şərhlər

Xəbər lenti

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.