Bütün xəbərlər
16 sentyabr, 09:55

Son günlər “Azərbaycan müəllimi” redaksiyasına daxil olan müraciətlərdə bəzi valideynlər narazılıq bildirirlər. Onların sözlərinə görə, məktəblərdə şagirdlər üçün nəzərdə tutulan iş dəftərlərinin yalnız müəllimlərin vasitəsilə əldə olunması kimi bir “qayda” tətbiq edilir. 

Bu məsələ haqlı olaraq sual doğurur: iş dəftərləri şagirdlər üçün məcburi vəsaitdirmi, yoxsa sadəcə əlavə resurs xarakteri daşıyır?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, dövlət ümumi təhsil pilləsi üçün dərsliklər və dərsliklərlə komplekt təşkil edən müəllim üçün metodik vəsaitlərin hazırlanması Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq nəşriyyatlara sifariş edilir. Dərsliyin yaradıcısı olan nəşriyyatlar dərsliyə uyğun iş dəftərləri hazırlaya bilər. Lakin dövlət ümumi təhsil müəssisələrində hər hansı əlavə tədris resursunun istifadəsi yalnız valideynin (və ya qanuni nümayəndənin) razılığı ilə həyata keçirilə bilər. 

Agentlikdən verilən açıqlamada o da qeyd edilib ki, ümumi təhsil fənləri üzrə təhsil proqramlarında (kurikulumlarda) qoyulan tələblərin və məzmun standartlarının ödənilməsi üçün hazırda dövlət ümumi təhsil müəssisələrində istifadədə olan dərsliklər kifayət edir: “İş dəftərlərinin alınması könüllü olmalı və heç bir halda məcburi xarakter daşımamalıdır”.

Şərhlər

Xəbər lenti

16 sentyabr, 11:35

491 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib

16 sentyabr, 11:34

İlin ikinci Günəş tutulması baş verəcək

16 sentyabr, 11:29

Məktəblərdə ağıllı telefonlardan istifadə qadağan olunur

16 sentyabr, 11:19

Təhsil xərclərinə ayrılan vəsait artırılıb

16 sentyabr, 11:00

“Aşağı siniflərdəki tarix dərsliklərinin dilini əsaslı şəkildə sadələşdirməliyik” – Vəfa Yaqublu

16 sentyabr, 11:00

Qələbəni şəhid və qazilərimizə həsr etdik - Baş məşqçi

16 sentyabr, 10:36

Müəllimlər vahid geyimdə dərsə başladılar

16 sentyabr, 10:25

Vəfa Yaqublu: “Artıq şagirdin gündəliyinə də ehtiyac qalmayacaq” 

16 sentyabr, 10:24

AzMİU və Atatürk Universitetinin birgə təşəbbüsü ilə qlobal dialoq qurulub

16 sentyabr, 10:18

Zərdabda müəllimin məktəbə yola düşən 6 övladı – FOTO

16 sentyabr, 10:07

Rektor: Bu il universitetdə əcnəbi tələbə qəbulunun coğrafiyası genişlənib

16 sentyabr, 09:56

Minimal bal toplaya bilməyən məzunun diplomuna görə universitet məsuliyyət daşıyır – Nazir

16 sentyabr, 09:51

Peşə təhsilində təhsilalanların köçürülməsi başlayıb

16 sentyabr, 09:50

Nazir: Böyük Qayıdış çərçivəsində fəaliyyət göstərən məktəblərdə hazırda müəllim çatışmazlığı yoxdur

16 sentyabr, 09:42

Emin Əmrullayev: Şagird sıxlığını azaltmaq üçün yeni məktəblər açılır, resursların istifadəsi optimallaşdırılır

16 sentyabr, 09:37

"Azad edilmiş ərazilərdə məktəblərin bərpası və köçkün məktəblərinin inteqrasiyası planlı şəkildə aparılır" - Nazir

16 sentyabr, 09:30

Nazir: Qarabağ Universiteti Xankəndidə elmi-tədqiqat və tələbə potensialını gücləndirir

16 sentyabr, 09:29

Müəllimlərin maaşlarına əlavələr edilməyə başlanılıb

16 sentyabr, 09:23

Direktorların işə qəbulu qaydalarının detalları AÇIQLANIB

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.