Bütün xəbərlər
15 sentyabr, 17:11

Sentyabrın 15-də  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bilik günü” münasibətilə tədbir keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tədbirdə universitet rəhbərliyi, tərəfdaş şirkətlərin nümayəndələri professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyublar. Tədbir Dövlət Himni səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

ADNSU-nun rektoru Rüfət Əzizov açılış nitqi ilə çıxış edərək tələbələri və professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Rektor bildirib ki, Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı fərmana əsasən, hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Rektor həmçinin ADNSU tələbəsi adını qazanmış gənclərə universitetdə tədris prosesi haqqında məlumat verib, tövsiyələrini bildirib. 

Tədbirdə universitetin əsas tərəfdaş şirkətlərindən olan SOCAR Polimerin Baş direktoru Fuad Əhmədov çıxış edərək  gənclərə təbriklərini çatdırıb, əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafına dəstək göstərdiklərini vurğulayıb. 

Sonra Universitet və tərəfaş şirkətlər- SOCAR Polimer,BP şirkəti və SOCAR AQŞ tərəfindən fakültələr üzrə ən yüksək bal toplayaraq ADNSU-ya qəbul olunmuş yüzə yaxın I kurs tələbəsi dəyərli hədiyyələrlə mükafatlandırlıb. Universitet üzrə ən yüksək bal toplamış 2 tələbəyə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov xüsusi hədiyyələr təqdim edib.

Tədbir ADNSU-nun “Gənclik” Mahnı və rəqs ansamblının rəqsi və tələbələrin ifasında musiqi nömrəsi ilə davam edib.

Tədbirin sonunda ADNSU-nun yenicə ərsəyə gələn Himni ilk dəfə səsləndirilib. 

1 /28

Şərhlər

Xəbər lenti

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

16 sentyabr, 11:45

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə imtahanda iştirak edənlərin 90%-i uğursuz nəticə əldə edib

16 sentyabr, 11:35

491 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib

16 sentyabr, 11:34

İlin ikinci Günəş tutulması baş verəcək

16 sentyabr, 11:29

Məktəblərdə ağıllı telefonlardan istifadə qadağan olunur

16 sentyabr, 11:19

Təhsil xərclərinə ayrılan vəsait artırılıb

16 sentyabr, 11:00

“Aşağı siniflərdəki tarix dərsliklərinin dilini əsaslı şəkildə sadələşdirməliyik” – Vəfa Yaqublu

16 sentyabr, 11:00

Qələbəni şəhid və qazilərimizə həsr etdik - Baş məşqçi

16 sentyabr, 10:36

Müəllimlər vahid geyimdə dərsə başladılar

16 sentyabr, 10:25

Vəfa Yaqublu: “Artıq şagirdin gündəliyinə də ehtiyac qalmayacaq” 

16 sentyabr, 10:24

AzMİU və Atatürk Universitetinin birgə təşəbbüsü ilə qlobal dialoq qurulub

16 sentyabr, 10:18

Zərdabda müəllimin məktəbə yola düşən 6 övladı – FOTO

16 sentyabr, 10:07

Rektor: Bu il universitetdə əcnəbi tələbə qəbulunun coğrafiyası genişlənib

16 sentyabr, 09:56

Minimal bal toplaya bilməyən məzunun diplomuna görə universitet məsuliyyət daşıyır – Nazir

16 sentyabr, 09:55

MÜTDA: İş dəftərlərinin alınması heç bir halda məcburi xarakter daşımamalıdır

16 sentyabr, 09:51

Peşə təhsilində təhsilalanların köçürülməsi başlayıb

16 sentyabr, 09:50

Nazir: Böyük Qayıdış çərçivəsində fəaliyyət göstərən məktəblərdə hazırda müəllim çatışmazlığı yoxdur

16 sentyabr, 09:42

Emin Əmrullayev: Şagird sıxlığını azaltmaq üçün yeni məktəblər açılır, resursların istifadəsi optimallaşdırılır

16 sentyabr, 09:37

"Azad edilmiş ərazilərdə məktəblərin bərpası və köçkün məktəblərinin inteqrasiyası planlı şəkildə aparılır" - Nazir

16 sentyabr, 09:30

Nazir: Qarabağ Universiteti Xankəndidə elmi-tədqiqat və tələbə potensialını gücləndirir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.