Bütün xəbərlər
13 avqust, 16:22

Bəzi dövlət məktəbəqədər təhsil müəssisələrində valideynlərə müəssisə daxilində əlavə dərnəklərin fəaliyyət göstərdiyinə dair məlumatlar verilir. Valideynlər iddia edirlər ki, övladlarını bu dərnəklərə qoymaları üçün müəssisə tərəfindən əlavə ödəniş edilməsi təklif olunur.

Bəs dövlət məktəbəqədər təhsil müəssisələrində ödənişli formada belə dərnəklərin təşkilinə icazə varmı?

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, məktəbəqədər təhsilin əsas məqsədi uşaqların erkən yaş dövrlərində idrak, fiziki və yaradıcı potensiallarının inkişafı, mədəni səviyyələrinin yüksəlməsi, psixoloji dayanıqlıqlarının gücləndirilməsi, estetik tərbiyələrinin təşkili və sadə əmək vərdişlərinə yiyələnməsi üçün imkanların yaradılmasıdır. Bu dövr həmçinin uşaqların ətraf aləmə və şəxsi sağlamlığa qarşı şüurlu və həssas münasibətinin formalaşmasına, həyati bacarıqları qazanmasına və şəxsiyyətlərinin ilkin inkişafına zəmin yaradır. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət etmək, estetik dünyagörüşü, nitq, təsvir və tərtibat bacarıqları, sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə riayət etmək məsələləri öyrədilir.

Məktəbəqədər təhsil müəssisələrində təhsil dövlət standartlarına əsaslanan kurikulum əsasında tərtib edilir və təşkil olunur. Məktəbəqədər təhsil müəssisələrində valideynlərin istəkləri nəzərə alınaraq müxtəlif dərnəklər təşkil etmək olar ki, bu dərnəkdə xarici dil öyrədilə bilər.

Şərhlər

Xəbər lenti

16 sentyabr, 09:30

Nazir: Qarabağ Universiteti Xankəndidə elmi-tədqiqat və tələbə potensialını gücləndirir

16 sentyabr, 09:29

Müəllimlərin əməkhaqlarına əlavələr ödənilməyə başlanılıb

16 sentyabr, 09:23

Direktorların işə qəbulu qaydalarının detalları AÇIQLANIB

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.